Page 429 - "Yeni söz"
P. 429
Qaçırlar Sahilə İbrahimova. Qaçırlar
A nası yun toxunma papağı başına keçirtdi. Papaq qaşlarına qədər
alnını örtdü. Sonra boğazlarına şərf doladılar – anası qara, Arzu
qırmızı. Qapıdan çıxanda anası diqqətlə Arzuya baxdı, nəsə
düşündü, eynəyinin altında əslində olduğundan daha böyük görünən gözlərini qıydı.
Çətirini ayaqqabıyığılanın üstünə qoyub tüflilərini soyundu, yataq otağına keçdi. İki gün
idi ki, uzunboğaz çəkmələri geyinilməz hala düşdüyündən, tufli geyinib üstünü uzun
ətəyi ilə örtürdü. Tezliklə geri qayıtdı, Arzunun boğazındakı şərfi açdı, yerinə tünd-
badımcan rəngdə olanı doladı, izah elədi – ölüsü düşən evə gedirik, qırmızı yaramaz.
Qar kəsmiş, şaxta bir az sınmışdı. 6-cı mikrorayonda nişan verilən binanın 36
nömrəli mənzilini tapıb qapının zəngini basdılar. Üçüncü zəngdən sonra qapı gözlüyü
qaraldı, zəncir çəkildi, zəif işıqlanmış dəhliz göründü.
– Salam. Ünvanı qardaşınız verib. Dedi şəhidiniz var… – Anası dilləndi.
– Hə, buyurun, buyurun keçin. – Ağ saçları qısa kəsilmiş qadın qapını geniş açdı.
Masanın üstünə köhnə sənədlər, şəkillər, bir neçə təzə qəzet səpələndi.
– Bu, 3 yaşındakı şəklidi, burda ikinci sinifdə oxuyur, buna baxın, Şuşada çəkilib.
Bu, institut vaxtıdı, bunlar hamısı tələbəlik illərinin şəkilləridi. Bu, xəstəlik kartoçkasıdı.
“Detski” xəstəxanadan götürüb “vzroslılara” verməli idik, yaxşı ki, o vaxt xahiş elədim
özümdə saxladım. Çox sağlam uşaq olub, baxın, baxın xanım, çox nadir hallarda
xəstələnib. Bütün peyvəndləri vurulub, özü də iynə yerləri dırnaq boyda da qızarmırdı.
Çox sağlam uşaq olub… Burda təzə qəzetlər var. Baxın, baxın, o, qəhrəman kimi
vuruşub, şahidlər var, çoxlu şahidlər var… Bizə bircə şəhid adı lazımdı. Bircə şəhid adı.
Başqa heç nə. Bu ad oğlumun haqqıdı. Nə olsun ki, o, atəşkəsdən sonra ölüb. Fakt,
vuruşub. Şahidlər… O, qaçmağı sevirdi. O, elə sürətli qaçırdı... İdmançı olacaqdı… Qaçıb
ölümə çatıb…
Saat altını keçirdi, hava qaralmışdı.
– Nə istəsəz edərik, bizdən nə diləsəz, düşünmədən verərik, bircə həqiqəti yazın.
Bircə şəhid adı alaq. Axı o vuruşub…
Atəşkəsdən sonra ölüb deyə şəhid adı almayan, xiyabanda basdırılmayan oğlanın
anası üç saatdan çox danışdı. O, gah təkrar-təkrar şəkilləri göstərir, gah qəzetlərdə
yazılanları oxuyur, gah da “axı o vuruşub” deyəndən sonra bir neçə dəqiqəlik susurdu.
– Bayaq dediniz ki, həyat yoldaşınız Bakı-Astara avtobusunun sürücüsüdü. –
Nəhayət, Arzunun anası danışdı.
429