Page 433 - "Yeni söz"
P. 433
İkinci mərtəbəli dəli Sayman Aruz. İkinci mərtəbəli dəli
“İnsanın tarixi dəliliyin tarixi qədərdir”
Fuko
A dət kimi olmuşdu mənə. Boş vaxtlarımda Təbrizin mərkəzi
dəlixanasına gəzməyə gedərdim. Dəlixananın sol tərəfində şəhərin
ən böyük xəstəxanası yerləşirdi. Mən həmin xəstəxanada iki gecə
qalmağa məcbur olmuşdum. Qaldığım otağın pəncərələri dəlixananın həyətinə baxırdı.
Həmin iki gecəni dəlilərin səsindən səhərə kimi qorxudan yatmamışdım. Ancaq zaman
keçdi və mən dəlilərlə yaxından görüşmək qərarına gəldim. Ona görə həftənin son iki
gününü orada, dəlilərin yanında keçirirdim.
Dəlixana xəstəxana kimi birmərtəbəli yox, ikimərtəbəli idi. Mən heç vaxt ikinci
mərtəbəyə çıxmamışdım. Deyirdilər, icazə yoxdur. Ancaq birinci mərtəbənin bütün
dəlik-deşiklərinə bələddim. Dəlilərlə o qədər qaynayıb-qarışmışdım ki, bəzən onların
yanına gələnlər məni dəlilərlə səhv salırdılar.
Günlərin bir günü dəlixananın baş həkiminin otağında həkimi gözləyirdim.
Xəyallarıma cumub-batmışdım ki, qapı açıldı, kimsə çox ciddi görkəmdə içəriyə girdi.
Məndən soruşdu:
– Salam, həkim yoxdu?
– Yox, bir azdan gələr.
– Əyləşə bilərəm?
– Əlbəttə, buyurun, buyurun!
Zahirinə baxanda təbii görünürdü. Oturdu qarşımdakı divanın üstündə və gözlərini
dikdi mənə. Mən başımı aşağı saldım; baxışlarının ağırlığına dözə bilmədim. Bir azdan
başımı qaldırıb üzünə baxdım. Gördüm gözləri az qalıb ki, hədəqəsindən çıxsın və özü
də mənə zilləyib. Birdən-birə dedi:
– Sizdən bir xahiş eliyə bilərəm, ağa?
– Buyurun, eşidirəm.
– Mən yazıb-oxumaq bilmirəm. Olar mənə bir məktub yazasız?
– Olar, olar. Niyə olmur?
Güllə kimi ayağa durub masanın üstündən kağız və qələm götürüb mənə uzatdı.
Alıb qarşımdakı mizin üstünə qoydum, diqqət kəsilib soruşdum:
433