Page 434 - "Yeni söz"
P. 434
nc yazarların ədəbiyyat almanaxı
– Kimə yazacam, nə yazacam?
– Leylaya!
– Hə, oldu. De yazım!
Ağzındakı tüpürcəyi uddu, dərin nəfəs alıb dedi: “Bismillah rəhmani-əlrəhim!”
Salam, Leyla, mən səni çox sevirəm. Səni gördüyüm gündən dəli olmuşam. Hamı elə
bilir mən dəliyəm. Heç kim bilmir sənin dərdindən bu hala düşmüşəm. Leyla, heç kim
məni dərk eləmir. Tez-tez gətirib ağzıma cürbəcür dərmanlar soxurlar. Mən də özümü
elə göstərirəm ki, guya dərmanları uduram, amma udmuram. Həkimlər gedəndən
sonra tüpürürəm bağçaya. Sən olmayınca, mənim vəziyyətim belə olacaq. Niyə məni
tərk eliyib getdin? Hara getdin? Bəs sən bilmirdin, dəlilərin arasında yaşamaq çətindi,
adam, doğrudan, dəli olar? Hə, Leyla? İndi mən də dəli olsam, cavabını kim verəcək?
Leyla, istəyirəm anamı sənə elçi göndərəm. İstəyirəm arvadım olasan. Gedib-gəlib
öpəm səni! İstəyirəm ağıllı bir uşağımız olsun. Yox, iki uşağımız olsun – biri oğlan, biri
qiz; tək böyüməsinlər. Tənhalıq çox çətindi, Leyla. Burada olanların hamısı tənhadı.
Hamısı da elə bilir ağıllıdı. Amma mən bilirəm ki, dəlidilər. Leyla, tək adamların hamısı
dəli olur. Məni tək qoyma, gəl. Atam məni sevmir...”
Bunların hamısını birnəfəsə deyib, dayandı. Başımı qaldırıb baxdım ki, gözləri dolub.
Soruşdum:
– Sözlərin qurtardı?
– Yox, ağa, yaz, yaz! Çoxdandı Leylaya məktub yollaya bilmirəm. Həkim elə bilir
mən dəliyəm. Ona görə də qoymur...
– Eybi yox. Narahat olma. Nə qədər ürəyin istəyir, de, yazım.
Sevinə-sevinə dedi:
– Çox sağ ol, ağa, çox sağ ol! Yaz. “Leyla, mənə bozbaş bişirərsən. Buranın yeməkləri
iy verir. Bilmirəm, nə pox qatırlar içinə. Mənə yarpaq dolması bişirərsən. Mən də gedib
isti təndir çörəyi alıb gələrəm. Bala-bulalarımızı süfrənin başına yığıb, yeyib kef eliyərik.
Qoy bu səfeh həkim elə bu dəlilərin yeməyindən yeyib özünü ağıllı saysın. Gəl çıxıb
gedək, Leyla. Dünən axşam həyətin divarından aşıb qaçmaq istədim. Bir-iki nəfər “dəli
qaçır” – deyə arxamca qaçıb məni tutdular. Bunlar elə bilir ağıllı qalar, dəli qaçar. Leyla,
doğurdan da, çox dəlidilər bunlar. Mən bu axmaqların içində yaşamaq istəmirəm. Məni
tutandan sonra bir yekə iynə vurdular yanıma. Yeri indi də ağrıyır. İynə vurulduqdan
sonra yatdım. Bir-iki saat olar oyanmışam. Görürsən, Leyla, dəlilərin içində yaşamağın
burası da var. Nə qədər bacarırsan, gərək uzağa qaçasan. Lap dağda yaşayasan. Hələ,
Leyla, sənə bir söz deyim. Anamı nə vaxt yollayım evinizə? Bir qutu konfet, bir dəstə
də gül! Yaxşıdı, hə? Sənə çoxlu qızıl alacam. Anamın bir dənə gözəl boyunbağısı var,
onu da verəcəm sənə; sən nə desən, alacam sənə. Biz xoşbəxt olacağıq, Leyla!”
434