Page 438 - "Yeni söz"
P. 438
nc yazarların ədəbiyyat almanaxı
– Hansı Leylanı deyirsiniz?
– Leyla da. Anasının da adı Fatma xanımdı!
Fatmanı özümdən çıxartdım.
– Yox tanımıram, burda elə bir adam yaşamır.
– Bəs, bu yanınızdaki qapı kimin evidi?
– Mənim evimdi, necə ki???
Kişi qeyrətə gəlmişdi. Gözlərindən əsəbiləşdiyi oxunurdu.
– Heç, elə-belə soruşdum. Üzr istəyirəm, sağ olun!
Mağazadan çıxıb sürətlə uzaqlaşdım. Hə, deyəsən, bu ünvan da düz çıxmamışdı.
Beş-on metr uzaqda iki uşaq dayanmışdı, söhbət edirdilər. Yaxınlaşıb soruşdum:
– Uşaqlar, o ev var ha, marketin yanında. Ora kimin evidi?
Uşaqlar çəp-çəp mənə baxdılar:
– Sənə nə kimindi?
– Heç, mən Leylanı axtarıram. Əhməddən məktub gətirmişəm.
Uşaqların biri mənə baxıb:
– Leyla kimdi? – dedi – o evdə Leyla yaşamır. Ora bizim evimizdi. İndi qardaşımı
çağırım, sənə desin Leyla kimdi!
– Lazim deyil. Hələ bir dayan görüm! Sən Əhməd adında adamı tanıyırsan?
– Nə Əhməd? Tanımıram. Qardaşım Həsəndi. Özü də idmançıdı. Səni alıb başına,
yerə vurar.
– Yaxşı eliyər, qoy vursun. Sizin qohumlardan da Əhməd adında adam yoxdu?
– Bibimin oğlu var, adı Əhməddi. Çoxdandı görməmişəm. Dəli olub deyirlər.
– Sənin bacın var?
– Sənə nə, eşşək! Həsəəəən!
– Yaxşı, yaxşı, çağırma. Elə-belə soruşdum, sağ ol!
Və dönüb qaydırdım ki, oğlanın dostu uzaqdan çığırdı:
– Onun bir bacısı var idi. Onu da iki-üç il olar maşın vurub öldürüb!
– Çox sağ ol! – dedim.
Oğlan gülümsədi, mən də oradan uzaqlaşmağa başladım. Dəhşət idi. Əhməd məni
sanki keçmişdə sevdiyi insanların qapısına göndərirdi. Artıq kimin dəli, kimin ağıllı
olduğunu ayırd eləyə bilmirdim. Vaxt itirmədən dəlixanaya qayıtdım. Bu məsələnin
axırına çıxmaq istəyirdim. Sabaha qalsaydı, Əhmədlə görüşmək üçün beş gün gözləməli
olacaqdım. Ona görə də bu dəfə taksi saxlatdım. Sürücü soruşdu:
– Haradı, inşallah?
– Dəlixanaya!
438