Page 442 - "Yeni söz"
P. 442
nc yazarların ədəbiyyat almanaxı
– Hə!
– Sənə Əhməddən məktub var.
Dəli, qadınlara aid xüsusi naz ilə dedi:
– Nə Əhməd? Nə məktub?
Səsimi bir az da yumşaldıb dedim:
– Sevgi məktubu!
– Eeeeee, beynimi xarab elədi bu dəli. Dəlixanada sevgi olar? Nə istiyir eeee
məndən? Ver görüm onu!
Doktor tibb bacısına gözü ilə işarə elədi ki, qızın əllərini xüsusi paltardan çıxarmağa
kömək eləsin. Məktubu Leylaya verdim. O, məktubu açıb guya oxuyurmuş kimi baxdı.
Sonra çox rahat şəkildə cırıb havaya sovurdu. Məktubun qırıntıları göydə uçduqca Leyla
da dəli kimi ucadan gülməyə başladı. Gülməyin ortasında bağırırdı:
– Harda bir dəli var, gəlib məni tapır e, Allah haqqı!
Doktor mənə baxırdı. Mənsə donub qalmışdım. Tibb bacısı Leylanı içəri çəkib dəmir
qapını bağladı. Doktor gülümsəyə-gülümsəyə dedi:
– Narahat olma. Burda hələ elə dəlilər var ki, Allahın varlığını riyazi formullarla
sübut edirlər...
442