Page 445 - "Yeni söz"
P. 445
*** Sevinc Çılğın. Çərənçinin məktubları
Bu evdə yatmaq zülmdü, zülm. Səhərlə bir yerdə bizimkilər soyuducunu da açırlar.
Çaydanın altı yanır, tava isinməkçün qazın gözünə qoyulur, mən də gözümü açıram. Ay
yatdun ha bundan sonra...
Bizim evimiz çoxadamlıdır. Adamların hamısına yer olmasa da, yerlərin hamısında
adam olur. Oturub saysaq, beş-altı ailə yaşayır bu mənzildə. Qohum sarıdan korluq
çəkmirik. Bəlkə, inandırıcı olmaz, amma yalan deyənin atasına lənət. Allah verən günün
səhərini də, axşamını da ərə getməkdən başqa, elə də böyük bir arzum olmur, desəm,
qınanmayın. Artıq tez-tez düşünməyə başlamışam ki, mətbəxi yataq otağıyla əvəz
etməyin vaxtı keçir. Yaşım da yerində dayanmayıb. Birini qapazlayıb ərə getmək
lazımdır. İntəhası... Bu intəhasız iş ötmür ki, ötmür. Gecələri fəlsəfə doğrayıb, gündüzləri
ona-buna ümid verməyi vərdişə döndərmişəm artıq. Unutmaq da biyardır elə bilirsən
bu diyarda. Hər axşam...
***
Bizim evin damı srağagün damıb da qanımızı qaraltdı. Düz on beş il bundan əvvəl
Qamboy kişinin əlindən çıxmışdı bu dam. Kişi elə on beş ilə də zamin durmuşdu. Ötən
günorta atam Qamboy kişini dartıb yenə gətirdi. Deyir, çıx dama, bir çarə qıl. Düz
yollarda yanını əyə-əyə yeriyən Qamboy kişinin bu evin ikinci mərtəbəsinə necə
dırmaşacağını maraqla izləməkdən ötrü həyətimizdə “ailə üzvlərimizdən ibarət” mitinq
elədik. Yaşı yetmiş ikini haqlamış bu adamın “dərələrdən sel kimi, təpələrdən yel kimi”
adlayıb evin damından üzüaşağı baxdığını görəndə gözlərimiz kəlləmizdə idi. Atam
aşağıdan-yuxarı dilləndi:
– Qamboy kişi, evin üstündəki o ceyranı görürsən?
– Görürəm, qadası. Noolub ki? – Qamboy kişi yuxarıdan-aşağı.
– Üstünü yazdığın yadındadı? – aşağıdan-yuxarı.
– Həəə, yaddan çıxarmı, qadası?! – yuxarıdan-aşağı.
– Dəyiş onu. – aşağıdan-yuxarı.
– Nəyi? Ceyranı? – yuxarıdan-aşağı.
– Yoo. Ceyranın üstündəkini. – aşağıdan-yuxarı.
– Niyə, qadası? – yuxarıdan-aşağı.
– Vaxtı keçib. – aşağıdan-yuxarı.
– Nəyin, qadası? – yuxarıdan-aşağı.
– Oğlum böyüyüb... – aşağıdan-yuxarı.
– Əcəb eləyib! – yuxarıdan-aşağı.
445