Page 440 - "Yeni söz"
P. 440
nc yazarların ədəbiyyat almanaxı
– Salam, salam. Həə, sizsiz. Dünən hara getdiz bəs? Gəldim ki, gedibsiz.
– Vallah, gördüm gecikirsiz, dedim, vaxtınızı almayım. Getdim bir az gəzişdim bu-
ralarda.
– Dəlilərlə ünsiyyət necə keçir?
– Ağıllılardan daha maraqlıdılar, doktor!
– Maraq axtarana maraqlıdı, pul axtarana yox! Həm də insan dəliliyə adət
eləyəndən sonra onu xəstəlik saymır. Elə bilir, elə belə olar! Ağıllı dəlilər o qədərdi ki...
– Belə görürəm, deyəsən, dəli ağıllılardan da çoxdu!
– Həəə, – gülür. – İndi neynəyək? Ağıllı dəli olaq, yoxsa dəli ağıllı!
– Heç biri, doktor. Ağıllı olub dəli kimi görünməkdən və dəli olub ağıllı kimi
yaşamaqdansa, zır dəli olmaq daha məsləhətlidir.
– Yavaş-yavaş filosof olursan, haa. Belə getsə, sən də qonağım olacaqsan!
– Bəs nə edim, doktor?
– Çalış nə çox ağıllı ol, nə də çox dəli. İkisinin də sonu buradı! Dərmanları da eynidi.
Kimsə də maraqlanmayacaq ki, sən ağıldan dəli olubsan, yoxsa elə kökündən dəli idin! –
Gülür.
– Baş üstə, doktor... nə deyirəm ki...
– Nə olub, bir az gərgin görünürsən?
– Vallah, doğrusu... Doktor, siz bu Əhmədi tanıyırsız?
– Hansı? Həəə... o dəlini deyirsən... tanıyıraam. Necə ki?
– O, mənə bir məktub yazdırıb ki, Leyla adlı bir qıza aparıb verəm. İki dəfə
göndərdiyi ünvana getdim, amma ikisində də Leyla yoxdu. Bəlkə də, anası və ya dayısı
qızı çıxdı. Lap dəli olmuşam. Bilmirəm, nə eliyim!
Həkim ayağa durub mənə tərəf gəldi. Gülümsəyərək qarşımdakı oturacaqda, yəni
Əhmədin oturduğu oturacaqda oturub dedi:
– Leyla deyirsən... hə?
– Bəli, doktor!
– Bilirsən, Leyla kimdi?
– Xeyir, doktor. Amma çox bilmək istərdim!
– Hmmm... bir az səbirli ol... deyim sənə!
– Siz onu tanıyırsız?
– Onu tanımayan var ki? Tanıyanlar üçün maraqsızdır. Tanımayanlar onu görməyə
tələsirlər. Bilirsən nədi? Nəyisə tanıdın ha, bax, onda əhəmiyyətini itirir... lap bu Leyla
kimi!
– Leylaya nə olub ki?
440