Page 441 - "Yeni söz"
P. 441
– İkinci mərtəbədədi. İkinci qatda... Sayman Aruz. İkinci mərtəbəli dəli
– Necə?
– Onu görmək üçün ikinci mərtəbəyə qalxmalısan. O da dəlidi. Qadınlar bölmə-
sində qalır...
Elə bil başıma qaynar su tökdülər. Mən iki gündü səfeh kimi şəhərə düşüb Leyla
axtarıram. Qapı-qapı dəli kimi gəzirəm. O isə burdaymış. İkinci qatda...
– Doktor, Leylanı görmək olar?
– O, ağır xəstədi. Dəmirlərin arxasından göstərərəm sənə. Dur, dur ayağa gedək!
– Hara?
– Necə hara, ikinci qata də!
Ayağa durub ikinci qata yollandıq. Olanlar məni tamamilə özünə qərq etmişdi. Heç
nə düşünə bilmirdim. Ağıllılar dünyasnda da iki dəli kimi sevən insana dəli və ya
məcnun deyirlər. Amma bu tam fərqli şey idi. İki dəlinin ağıllı sevgisi ağıla gəlməyən
bir hadisə idi. Ağıllı olub dəli kimi sevmək yaxşıdı, yoxsa dəli olub ağllı kimi sevmək?
Bunu doktordan da soruşdum. O dedi:
– Onsuz da hər ikisində də sənə dəli deyəcəklər. Sevgi belədi də. O başı da itirməkdi,
bu başı da.
Sonra gözünün qırağı ilə mənə baxıb davam elədi:
– Çox fikirləşmə, dəli olarsan!
– Bəs, neynəsəm, ağıllı olaram?
– Bivec olsan.
– Bivec ola bilmirəm, doktor.
– Onda lap çox ağıllı ol! Heç olmasa, dəlilik tituluna layıq ol.
Doktor gülə-gülə pillələri qalxırdı, mən də arxasınca gedirdim. Demək olar ki, dəmir
qapının yanına çatmışdıq. Qapının sağ tərəfində bir tibb bacısı oturmuşdu. Doktor
ondan soruşdu:
– Leylanın dərmanları verilib?
– Bəli, doktor!
– Leylanı gətir bura.
– Baş üstə, doktor!
Tibb bacısı durub qapının zəncirini açdı və içəriyə keçdi. Bir azdan yanında əlləri
və ayaqları xüsusi paltarla bağlı olan çirkin bir qızı yanında gətirdi. Qızın gözlərindən
onun dəli olmağını çox rahat bilmək olardı. Baxışlarının dərinliyndə sirli bir şey var idi.
Hiss edirdim ətrafına “axı niyə” dolu baxışlarla baxırdı. Qız yanıma çatanda soruşdum:
– Leyla sənsən?

441
   436   437   438   439   440   441   442   443   444   445   446