Page 447 - "Yeni söz"
P. 447
*** Sevinc Çılğın. Çərənçinin məktubları
“Əsədin oğlu Səmədin ceyranlı evindən o gün əli xonçalı çıxdılar. Deyəsən, böyük
gədəni evləndirirlər. Deyirlər, qız yaxşı yerdəndir” – məhəlləmizdə son günlərin ən
sevimli söz-söhbətidir. Kim bizlərdən birinə rastlasa, qızın kimlərdən olduğunu xəbər
alır birinci. Anam öyrədib ki, soruşan olsa, bəy nəslindəndir, deyək. Bizlərdə böyük
sözündən çıxmaq çörəyə təpik atmaq kimi bir şeydi...
***
Telligilə falçı gəlib. Kasaya su töküb fala baxır. Elə bilirsiz, anam getmədi? Getdi də,
gəldi də. Telli arvadın qonağı deyib ki, evimizdə cadu var. “Qızıvun bəxtin bağlayıblar” –
anam elə yana-yana dedi ki, onun dediklərini. Deyir, həyətimizdə ağacın altına
basdırıblar. Bir-iki günə gəlib cadunu tapıb çıxartmalıdır.
***
“Salam. Necəsən? Adətən sevgi məktubları belə başlamır. Necəsənin yeri yoxdu,
bilirəm. Amma birtəhər başlamaq lazımdı axı sözə.
Mən qərarımı vermişəm. Ona məktub yazıb hər şeyi başa saldım. Dedim, bizimki
tutmaz. Dedim, səni unuda bilmirəm – onu yox a, səni. Dedim, bu qədər mərhəmətli,
alicənab olub məni istəmə. Hamısını dedim. Daha doğrusu, yazdım. Noolsun?! –
göndərə bilmədim. Cavab da almadım...
Qardaşımın toyu oldu. Gələn ayın 14-ü gəlin gətirəsiyik. Hamı Əsəd oğlu Səmədin
ceyranlı evindən danışır buralarda. Atam hər şeyi təzələyib. Evimizə gəlin gələcək axı.
Qardaşımın otağından daşınmışıq. İndi onlarçun hazırlanıb.
Eh... Necə utanmıram e. Bayaqdan elə özümdən danışıram. Sən neynirsən? Nə var,
nə yox? Anan-bacın? Hamısı yaxşıdır? Salam söylə. Bəlkə, gələn yay gələ bildik. Bu yay
daha başımız qardaşımın xeyir işinə qarışdı da. Dayıdostun yaza biz tərəflərə keçəcəyini
dedi...
Nə isə... Daha bəsdir. Yordum səni, deyəsən, hə?
A-a, yaxşı yadıma düşdü. Qamboy kişi yadındadı? Keçən ay kişini yola saldıq o
dünyaya. Allah o dünyasını versin. Bir gün gələn bir gün gedir də. Neyləməli...
Yaxşı, salamat qal!”.
Yox, bunu da göndərmədim. Axşam samovar qaynadanda kibrit vurdum bu
məktuba. Göndərə bilmədim yenə. Kim bilir, indi çoxdandı məktub-zad da yazmıram
447