Page 422 - "Yeni söz"
P. 422
nc yazarların ədəbiyyat almanaxı

dərinliklərində “O qədər də pis adama oxşamır” fikri yaradacaq qəribə məsumluq hiss
olunurdu. Səsi elə bil birbaşa qarın boşluğundan gəlirdi:

– İlk dəfədi sənətinə belə sevgiylə yanaşan yaradıcı insan görürəm. Bu sevindirir
məni. Mən özüm də ədəbiyyatı sevirəm. Ciddi əsərlər var ki, bütün dini kiatablardan
daha müqəddəsdi. Bir oğlan var, dostunu, bacısıyla yatdığına görə tikə-tikə doğrayıb,
sonra ətini qaynadıb küçə itlərinə atıb. Bacısı həmin gün asıb özünü. Üç aydı cinayətkarı
tapa bilmirik. Yəqin ki, ölkəni tərk eləyib. Onu səninlə əvəz etmək olar. Bir həftə sonra
əslində sənin günahkar olmadığın sübut olunar, gedib əsərini tamamlayarsan.
Məhkəmə qapalı olacaq. Birbaşa güllələnmə əmri verib içəri yollayacaqlar. Bu barədə
üçümüzdən başqa heç kimin xəbəri yoxdur. Vicdanım şahiddi ki, bunu ədəbiyyat üçün
edirəm...

Ümumilikdə 39 kameradan ibarət lənət adasında iki dəhliz var. Bir dəhliz ümumidi,
sağında, solunda kameralar yerləşir. Bu ensiz dəhlizdə ölmüş siçan qoxusu var. Tavanda
hörümçək torları, öləziyən sarımtıl işıq lampaları. Hansısa kameradan inilti eşidilir,
hansısa kamerada nəzarətçilərin söyüşləri.

O biri dəhliz güllələnmə üçün ayrılmış xüsusi korpusa aparır.
Ölüm yolu, Sirat körpüsü.
Ümidlərini bu dəhlizin döşəmələrinə tökə-tökə gedən dustaqların sonuncu yolu.
Hər dustaq bu dəhlizi iki dəfə görür: kameraya gətiriləndə, öldürülməyə aparılanda.
Birinci dəfə ölüm yoluna baxıb hələ tam ölməmiş ümid çöplərinə sarılır, ikinci dəfə
kameraya gətirildiyi dəhlizə baxıb sonuncu ümidinin tabutuna çevrilir. Dustaq bu
dəhlizin başlanğıcında ölür. Bu yol ən sonuncu yolun başlanğıcıdı...
Kameralar dördnəfərlikdi. Qapının üzərindəki nəfəslik üç dəfə – yemək veriləndə
açılır. Tualet kameranın şimal küncündə yerləşir. Qapı yerinə pərdə asılıb. Hər dörd
nəfər üçün altı litr su nəzərdə tutulur. Bu su ehtiyatı həm içmək üçün, həm də tualetdə
istifadə üçündü. Su qurtarandan sonra qarnı ağrıyan dustağın işi çətinləşir, ya
dözməlisən, ya da qapını döyüb nəzarətçilərə yalvarmalısan. Patrikin növbəsinə
düşmək ölüm yolunda ölüm yaşamaq kimidi. Hər dəfə su üçün, siqaret üçün işi düşən
dustaqlara məntiqi suallar verib, iyirmiyə qədər sayırdı. Cavabı tapmayanlar tualetdə
təmizlənmək üçün ya paltarlarından, ya da döşəyin içindəki – güllələnməyə aparıldığını
eşidən neçə dustağın həyəcan, qorxu tərini udub palçığa çevrilmiş – yundan istifadə
eləyirdilər.
Kameradakı üç nəfərin heç biri Kaya əl verib görüşmədi. Sonuncu yol üstündə
dustaqxana qaydalarına əməl eləyən dustağın içindəki ümidin səsidi bu.
Heç kim inanmırdı güllələnəcəyinə.

422
   417   418   419   420   421   422   423   424   425   426   427