Page 416 - "Yeni söz"
P. 416
nc yazarların ədəbiyyat almanaxı

Oxdan çıxmış yay təki götürüldüm. Naxırı arxada qoyub xeyli uzaqlaşandan sonra
nəyin baş verdiyini aydınlaşdırmaq üçün geriyə: adamlara və inəklərə sarı baxdım. Təpik
babat tutduğundan, iki gədə qarnını ovuşdura-ovuşdura arxamca qaçmaq istəsələr də,
yarıyolda dayanıb söyüş yağdırırdılar, çürük dişli kişininsə “müsəlləh əsgər”liyindən
əsər-əlamət qalmamışdı, dizi üstə yerdə çömbəlib “mama”sını çağırırdı. İnəklərsə… Ax
inəklər… Məni yandıran onlar idi, heç başlarını da qaldırmadılar, sanki ətraflarında heç
nə baş vermirdi, sanki onlar heç nə görmürdülər, eşitmirdilər, qurdlu çayıra bir həşir
kəsmişdilər ki. Mən heç vaxt onları anlamamışam. Yalnız öləndən sonra bildim ki,
əslində onlar hər şeyi çox gözəl görür və eşidirmişlər, amma inək başlarıyla heç nəyi
başa düşmək istəmirmişlər. Həm də onu bildim ki, bu dəyyus naxırçılar məni kəsmək
yox, axtalamaq üçün yıxmaq istəyirmişlər. Hamının gözü qabağında, ən rüsvayçısı isə
şeşən düyənin yanında məni axtalamaq niyyətləri varmış.

Əvvəl elə bildim ki, onlar Krasnodar cöngələrinə sataşdığıma görə qisas alırlar, lakin
öləndən sonra mənə çatdı ki, naxırçıların heç bir günahı yoxmuş, sadəcə həmin yaz
axtalanmaq yaşına çatmışammış. Bunu düşünəndə elədiyim əməllərdən xəcalət
çəkdim. Nə yaxşı ki, buynuzlarım balaca idi, yoxsa zavallı çürük dişli kişinin bağırsaqlarını
tökə, hətta birdəfəlik kişilikdən də sala bilərdim. Gələcəkdə parlaq naxırçı olacaq
gədələrə vurduğum təpiyə görə də peşmanıydım, elə Krasnodar cöngəsinə ilişdirdiyim
dümsüklər üçün də üzülürdüm. Hətta üzr də istəyə bilərdim, amma gec idi, çox gec.
Günah mənim idi, axı onlar yox, mən axtalanmaq yaşına çatmışdım, axtalanmaq onların
yox, mənim taleyim idi. Bunları dərk eləyəndə çox gec idi, daha doğrusu, bunlar mənim
dana başıma öləndən sonra gəldi. Öləndən sonra bildim ki, bu diyarın bütün danalarını
mənim yaşıma çatanda binəva gədələr ayaqlarından tutub yerə yıxar, çürük dişli
naxırçılar isə axtalayarmışlar. Yəni öz işlərini görərlərmiş. Öləndən sonra bildim ki, bizim
müdrik öküzlər niyə Krasnodar cöngələrinin yanında gözüqıpıq gəzib-dolanırlar, niyə
onlar səmtə yoluxmur və sakitcə başlarını aşağı salıb çayırlıqda eşələnmək, lilli arxda
su içmək və bu torpağı təzəkləməklə məşğuldurlar. Bizim öküzlər heç vaxt cöngə
olmayıblar və olmaları mümkün də deyildi. Yəni öz talelərini yaşayırlar. Bizim öküzlərin
gözləri təzə dəymiş gilənarın qırmızısına yox, vaxtından qabaq sulanmış gilasın
kəhrəbasına çalır. Bu dünyaya minmək və yemək üçün gəlmiş qırmızıların qabağında
bizim kəhrəbaları heç nəyə yaramayan, heç çömçəquyruq balıqların üzməyi özlərinə
sığışdırmadığı bulanıq suya da bənzətmək olardı. Mənə qədər bu otlaqlarda həyat öz
axarıyla gedirmiş; qırmızılar minir, kəhrəbalar minilirmiş. Və həyatı öz axarına salan o
idi ki, axtalanma yaşına çatanda bizim danalardan heç biri buna etiraz etmirlərmiş.
Onların hamısı könüllü şəkildə, sevdikləri şeşən düyələrin gözləri qabağında gədələrin

416
   411   412   413   414   415   416   417   418   419   420   421