Page 414 - "Yeni söz"
P. 414
nc yazarların ədəbiyyat almanaxı
Tövlənin qaranlığında yad öküzlərin gilənar gözləri torana sarı gedən günəş kimi
parıldayırdı. Məni görüb diksindilər, bəlkə də, lap qorxantəhər oldular. Bizim
öküzlərsayaq mal gözlərini döyüb, quyruqlarını bulamadılar, bəziləri boğazlarındakı
zənciri silkələyib fınxırmaq istədi, fınxırdı da, bəziləri iti buynuzlarını mənim qarnıma
soxmaq üçün havaya qaldırıb dartınmaq istədi, dartındı da. Amma heç nə eləyə
bilmədilər. Onlar zəncirdə, mən açıq, onlar bağlı mən sərbəst, neyləyə bilərdilər ki,
istəyir Krasnodar yox, lap Madaqaskar kəli gəlsin. Danalığıma salıb bir az da qabağa
getdim, təzə dikələn buynuzumla xallı buğaların lap yekəsinin qarnını yüngülvari
qıdıqladım. Danaydım ki, dana… Buğanın gilənar gözləri qan çanağına döndü, nə qədər
bacardısa dartındı, buynuzlarını yellədi. Heç vecimə də almadım, naxırçıların atı kimi
iki ayaq qalxıb belinə atılmaq istədim, atıldım da. Mən bunu zarafatla eləyirdim, başqa
niyyətim yox idi, öküzlərlə tanış olmaq istəyən qışdan təzə çıxan dananın əlindən başqa
nə gələ bilərdi ki? Buğasa bunu özünə sığışdırmadı, dartınmağını saxlayıb var gücü ilə
möyüldədi, elə nalə çəkdi, elə bil bağrı yarılırdı. Yad öküzlərin pərvanəsinə çevrilmiş
təzək iyi verən naxırçılar tövləyə girib məni Krasnodar cöngəsini dümsükləyən görəndə
papaqlarını yerə vurub qışqırdılar: “sarı dananın gözü qızıb”. Xəkəndazın ağzıyla
sümükləri təzə bərkimiş kürəyimin düz ortasından necə ilişdirdilərsə, bir anın içində
başım hərləndi, özümü zorla ayaq üstə saxlayıb kötük dişlərini qıcamış kişinin üzünə
baxdım. İnsan olsaydım, deyərdim ki, “ə, bədbəxt oğlu, bütün günü bunlar bizi minirlər,
imkan ver, bir dəfə də biz minək də”. Demədim, deyə bilmədim. Yaxşı ki, insan deyildim.
Belə insan olmaqdansa, dana olmaq heyif deyilmi? Krasnodar cöngəsi qələbə çalırmış
kimi qızarmış gözlərini səyridərək yuxarıdan-aşağı mənə sarı baxdı, elə bil nəsə qımışdı
da. Heç xoşum gəlmədi, özümü toparlayıb cöngənin qarnına birini də ilişdirdim, bu
dəfə zarafat eləmədim, həqiqətən vurdum. Qəribəydi ki, mənim zərbəmdən sonra
cöngə də, naxırçı da eyni vaxtda “mö” elədilər. Sonra geri qanrıldım, qaçıb tövlədən
çıxdım. Arxadan peyin iyi verən naxırçının dana böyürtüsünə oxşayan bağırtısını
eşitdim: “sarı dananın gözü qızıb…”
Nə günəşin işığı, nə təzə boy göstərən sırtıq çayırın, quşəppəyinin, bağayarpağının
turşməzə dadı, nə də şeşən düyənin yanımdan keçəndə nazlı-qəmzəli baxışlarını
üstümdə gəzdirməsi eynimdə idi. Axı niyə bizi, minməyə qoymurlar? Minmək
cəhənnəmə, heç dana kimi yaşamağa da imkan vermirlər. Səhər obaşdan dur otla, gün
əyilməmişdən ağzını ver lilli arxın gözünə, hortda ki, hortada bildikcən, sonra kölgəlikdə
gövşə, otlaqlarda təzəklə, adamların sözü olmasın, “səhər naxıra, axşam axura”. Bunun
adına dana ömrü deyirlər. Dana olanda nə olar ki? Başımı qaldırıb ətrafıma baxıram;
peyin iyi gələn naxırçılardan başqa, elə o biri adamlar da səhər obaşdan axışırlar çöllərə –
414