Page 408 - "Yeni söz"
P. 408
nc yazarların ədəbiyyat almanaxı

illəti özünə gəlsin, durub bir kəlmə nəfəs dolusu danışsın. Bax bunlardan sonra nə üçün
gəliblər, hara, niyə gedirlər, öyrənər, soruşar.

…Sanki nəsə qapısı açılmamış köhnə, bürkülü bir otağın pəncərələrini açıb,
havasını dəyişdilər, hətta buludları yığın-yığın otağa doldurdular və hər şey elə ayazıdı,
elə təmizləndi ki, samanlığın içində yad bir cisim kimi atılıb qalmış, əriyib yoxa çıxmış,
lap küncdə balaca quruntu kimi görünən xəstə oğlan da elə bil cana gəldi. Bəti-bənizi
azacıq toxtayır və gözlərindəki bütün qızartılar, qaraltılar əriyib gedir. Piter oğlana
yaxınlaşıb dizlərini qatlayır və yatacağın bir tərəfində, oğlanın ayaqlarına yaxın bir yerdə
özünə yer eləyir. Paul isə yatağın baş hissəsində, oğlanın baxdığı tərəfi, yüksəkdəki
boşluğu, qaranlıq nəsnəni görə biləcək şəkildə oturur və qıçlarını bir-birinə keçirib
bardaş qurur. Paul əllərini oğlanın saçlarına çəkib dillənir: “Allah əzablarını gördü və
sənə acıdı. Bu gündən sonra ağrı-əzab bilməyəcəksən. Allah günahlarını əfv etsin…
Rəbbim, qulunun iltimasını eşit. İsanın Rəbbi xəstələrin havadarıdır.” Paul gözlərini
oğlanın üzərində gəzdirir. Əllərini köksünə dayayıb nəsə pıçıldayır. Sonra pıçıltılar kəsilir.
O, gözlərini yumub əlini oğlanın qupquru saçlarına toxundurur. Və oğlan yeni doğulmuş
körpə kimi gözlərini sıxıb yerində qurcalanır. Sanki ağlamaq istəyir, ancaq səsi çıxmır.
Dodaqları bir-birindən qopmur, elə yapışıb ki. Sonra bütün sancılar, ağrılar keçir, elə bil
keçmişi silinib gedir. Bu, elə də asan deyil. Yəqin, bax bir az əvvəl çəkdiyi bütün
çətinliklər, ağrılar, soxulcan kimi yerində büzülüb durması və bütün hamısı – hamısı elə
bundandır. Gözləri açılır və ayağa qalxıb, atasının üzünə baxır. Gülümsəyir. “Yaxşıyam, –
deyir. – Bax, yaxşıyam, hər şey keçdi-getdi. Bundan sonra nisgil çəkmə, ata. Hər şey
sən istədiyin kimidir.” Sanki belə deyir. Və Nəccar oğlunu qucub, bağrına basır. Hələ ki,
kənarda heç kəsi görmür.

Nəccar bu kimsəsiz dağda nə vaxtsa qərib bir adamın peyda olacağına inanmazdı.
İndi ayağı əzilərkən yaşadığı çətinliklərin və köksündə közərən həmin ümid dolu
işartının anlamsız bir hadisə olmadığına inanacaqdı. Əlacsız, lap ölüm təki əlacsız bir
xəstəliyə özü kimi iki əli-iki ayağı olan bu adi adamlar necə çarə tapa bilərdi ki? Bunlar
ümidlə yuxarılarda nəsə axtardığı, bədənindən, canından da əlini üzdüyü vaxtlarda dua
etdiyi həmin varlığın dostları idi. Başqa cür ola da bilməzdi. Bunlar Allahın dostları idi.
Bax, əlini oğlumun saçlarına toxundurub dua etdi, elə mənim kimi yalvardı, iltimas
etdi… Artıq bütlərin dövranı keçib. Dilsiz, ağızsız bütlər yıxılıb-dağıdılacaq. Allahım,
mənlə danış, de, de ki, hər şey qurtardı. Bax, sənə möcüzə gətirdim. Dön mənə. De,
de ki, sizi sahibsiz qoymadım. Ağrınızı-acınızı eşitdim, səsinizi eşitdim və gəldim. Bütün
həyatının məhv olub, puç olub səpələndiyi bu qoca vaxtında sənə sahib çıxdım.

408
   403   404   405   406   407   408   409   410   411   412   413