Page 453 - "Yeni söz"
P. 453
cür davam edə bilməzdi. Ömrünü zoopark kimi kiçik, sakit, yalnız gündəlik, yeknəsəq Svetlana Turan. Heçliyin əfsanəsi
dərdləri və sevincləri olan bir yerdə keçirsə də, Aslan yenə də həyatın bir parçası idi.
O, həyatın axınından kənarda qala bilməzdi...
Dostlarının Aslana tuşlanmış həsəd dolu baxışlarındakı qığılcım zaman keçdikcə
sönməyə başladı. Məktəbə gedən, çoxlu kitab oxuyan, yaxşı şəraitdə yaşayan uşaqlar
onun hər gün təkrar-təkrar danışdığı əhvalatlardan, heç vaxt dəyişməyən həyat
tərzindən, çirkli üst-başından bezməyə başladılar. Aslanın yanına gələn uşaqların sayı
hər gün daha da azalırdı. Bu miskin mənzərə qarşısında göyərçinləri uzaqlara uçub
getmiş quşçuya bənzəyən Aslan nə edəcəyini bilmirdi.
Zaman öz işini görürdü. İnsanların maraqları daim artır, dəyişir. Günlərin bir günü
Aslan bu maraqlardan kənarda, tək-tənha qaldı.
Aslanın dostlarının sayı azaldıqca onun dünyası zooparkın hüdudları daxilində
birdəfəlik cəmləndi və Aslan buna xüsusi cəhd göstərmədən özünü kənar dünya üçün
qapadı. Bütün varlığı onun özü kimi qəfəsə salınmış canlılara – heyvanlara məxsus oldu.
Onunla insanlar arasında keçilməz sədd yarandı. Bu sədd heç vaxt dağılmayacaqdı. Nə
Aslan səddin digər tərəfinə keçməyə cəhd edəcək, nə də qarşı tərəf belə bir addım
atacaqdı.
Bəlkə də, bu vəziyyət Aslanın gənc oğlan olduğu, orta yaşa çatdığı, qocaldığı, düz
elə öldüyü günədək dəyişməz olaraq məhz belə davam edəcəkdi. Lakin həyatda hər
şeyin axarını dəyişə bilmək gücünə sahib olan bir bəla var. Müharibə.
Aslanın yalnız zooparkını tanıdığı vətənində müharibə başladı. O, müharibənin nə
olduğunu bilmirdi. Bu, onu heç maraqlandırmırdı da. Aslanın başqa qayğıları vardı.
Ceyranların otunu vaxtında vermək, bayquş yatmışkən qəfəsinə ət qoymaq, ortada bir
az Keçi ilə söhbət etməyə cəhd etmək, quşlara dən vermək, onlara Keçidən bir az giley-
güzar etmək, sonra... Bu ardı-arası bitməyən işlər içində Aslanın müharibə haqda
düşünməyə vaxtı olmurdu. Amma müharibə özü hər şeyin qayğısına elə qalırdı ki, hətta
Aslan kimi dünyadan bixəbər biri də günlərin bir günü müharibə sözünü qalan
sözlərdən iki-üç dəfə artıq işlətməyə başladı.
Müharibə başladıqdan sonra zoopark unuduldu. Əvvəl zooparka dən gətirilmədi.
Quşlar əziyyət çəkməyə başladılar. Sonra ot, ət, dərmanlar, peyvəndlər də gətirilmədi.
Zoopark işçiləri çıxılmaz vəziyyətdə qalmışdılar. Çarə yox idi. Aclıqdan də taqəti qal-
mayan bir neçə qırqovulu və tetra quşunu tutub canavar, tülkü, ayı və şirlərə vermək
qərarına gəldilər. Bu xəbər Aslana gəlib çatdıqda o, göz yaşlarını saxlaya bilmədi. On
dörd yaşlı uşaq yaşadıqları daxmaya qaçıb orada gizləndi. Ona elə gəlirdi ki, o, yazıq
quşların ölümünə tab gətirə bilməz. Gözünün qarşısında, əslində olmayan səhnələri
453