Page 457 - "Yeni söz"
P. 457
MƏN TOZ DƏNƏSİYƏM Təranə Vahid. Mən toz dənəsiyəm
Qədim toz nəğməsində deyilir: Sabah açılacaq, günəş
çıxacaq, ağ ilxı sürüsü yaşıl çəməndə otlayacaq, sular min illər
axdığı kimi yol tapıb axacaq, amma sənin hisslərin dünənki
olmayacaq...
B ilmirəm, ürəyinizdən nə vaxtsa toz olmaq istəyi keçib, ya yox, amma
mən bir gün toz olmaq istədim. Elə ürəkdən, elə cani-dildən, elə
içdən istədim ki, əlüstü toza çevrildim. Sizə deyim ki, insanın toza
çevrilməyi qəribə, həm də xoşagələn hissdi. Bölünürsən, bölünürsən, bölünürsən,
bütün sıfırların töküləndə, yerdə özün qalırsan. Sənə əzab verən, səni incidən
hisslərdən arınıb-durulanda hiss edirsən ki, bu, sənsən, özünsən, gözünü açandan
adamların hörümcək kimi beyninə, ruhuna hördüyü torlardan xilas ola bilmirsən.
Mən toza çevriləndə əlüstü qorxu hissini itirdim. Zəhləm gedir bu bürüşük,
turşməzə, sual işarəsinə oxşar hissdən. Adamı gözüqıpıq edib yaşamağa qoymur. Bu
hissi itirən kimi dərindən, lap dərindən nəfəs aldım. Əvvəllər heç bilməzdim ki, toz
nəfəs alır. Amma alırmış. Bilirəm, dediklərimə inanmayacaqsız, buna inanmaq üçün
gərək toz olasan.
Toza çevriləndən sonra bütün qadağalardan, buxovlardan, sədlərdən, sərhədlərdən
azad olub havada ürəyim istəyən qədər uçdum. Yaşadığım dünyaya heç vaxt belə
yuxarıdan-aşağı baxmamışdım, yaşadığım dünyanı heç vaxt belə aydın, miskin, solğun
görməmişdim. Bilmirəm, bəlkə, toz olandan sonra dünya gözümdən düşüb elə toz
boyda olmuşdu, bəlkə, başqa səbəb vardı, amma toz olandan sonra başa düşdüm
ki, bizim güvəndiyimiz, öyündüyümüz, şəninə şeirlər qoşub mahnılar bəstələdiyimiz
dünya əslində toz boydaymış. Toz boyda dünyada biz bir ömür yekə-yekə danışırıq,
yaşamaq üçün min hoqqadan çıxırıq, özümüzü qaldırıb dağın başına qoyuruq, sevirik,
ayrılırıq, göz yaşı tökürük, hamısı boş-boş şeylərmiş... Biz sadəcə toz boyda dünyada
özümüzü çərçivəyə pərçimləyən, uydurduğumuz qanunlara boyun əyən, öləndən sonra
unudulmaycağımıza özümüzü inandırıb gülünc yerində qalan əbləhlərik...
Mən havada uça-uça bunları düşünürəm və hiss bataqlığına düşməmək üçün öz
oxum ətrafında fırlandıqca fırlanıram.
457