Page 454 - "Yeni söz"
P. 454
nc yazarların ədəbiyyat almanaxı
canlandırıb axırda elə vəziyyətə gəldi ki, quşlardan birini daxmasına gətirib bişirməyə
hazırlaşan atası onu huşsuz vəziyyətdə tapdı.
Aslanın həqiqəti dərk etməsi üçün bir neçə gün lazım oldu. Keçinin məşəqqətli
halını gördükdə o özü quşların qəfəsinə girib aclıqdan huşsuz qalmış iki flaminqonu
şirlərin qəfəsinə sarı sürüdü. Arxa qapıdan yemək qoymaq ona hələ də yasaq idi. Odur
ki qəfəsin dəmir barmaqlığına dırmaşıb flaminqoları qəfəsin içinə tulladı. Şirlər xəndəyə
düşmüş quşların üstünə cəld atılıb onları bir göz qırpımında yox etdilər. Külək lələkləri
havaya qaldırıb zoopark boyu uçuraraq sanki Aslanın ağ bayrağı qaldırdığını bəyan
edirdi.
Həmin gündən etibarən Aslan ölüm ayağında olan heyvanları daha çox şirlərə
verməyə başladı. Zoopark işçiləri bunu bilir və ona heç bir söz demirdilər. Hər kəs çox
yaxşı anlayırdı ki, bu mübarizədə ən güclü heyvan qalib gəlməlidir.
Zooparkın, içində canlılar vurnuxan qəfəsləri yavaş-yavaş boşalırdı, amma heyvan-
lar qəfəsdən təbiətin qoynuna dönmək üçün deyil, şirlərə yem olmaq üçün çıxırdılar.
Boşalan təkcə qəfəslər deyildi, zooparkın arxa həyətindəki daxmalar da getdikcə
boşalırdı. Müharibə hamını çəkib aparırdı.
Müharibə başladıqdan altı-yeddi ay sonra zooparkda Aslandan başqa, heç kəs
qalmadı, hətta atası da getməli oldu. Amma qəfəsləri bomboş olduğu üçün Aslan
atasının sorağını quşlardan ala bilmədi.
Həmin vaxt zooparkda bir ayı və üç şirdən savayı, heyvan qalmamışdı. Ayını
öldürmək asan iş deyildi. Amma o da ac idi, bir az gözləmək lazım gəldi. Bu müddətdə
Keçi digər erkək şirlə birlikdə dişi şiri parçalayıb yedi.
Bir neçə gün sonra ayı da şirlərə yem oldu. Yenidən ac qaldıqda Keçi ilə digər erkək
şir ölüm-dirim mübarizəsinə girdilər. Aslan onların qəfəsinə söykənib şirlərin döyüşünü
sakitcə seyr edirdi. O, Keçinin qalib gələcəyinə əmin idi.
Keçi öz qəfəs yoldaşının cəmdəyi ilə daha bir neçə gün dolandı. Aslan bütün bu
müddəti elə Keçinin qəfəsinə söykənib qaldı. Payız girsə də, hava hələ isti idi. Aslan
açıq havada, öz sevimli dostunun yaxınlığında yatmaq istəyirdi. O, ac idi. Çox ac idi.
Amma bu haqda düşünməməyə çalşırdı. İlk dəfə idi ki, onun Keçi ilə rahatca danışmaq
imkanı yaranmışdı. Lakin o susurdu. Arabir Keçiyə tərəf dönüb onu kədərli gözləri ilə
izləyir, sonra ona arxasını çevirirdi. Keçi bəzən nərildəyir, bəzən də narazı halda
mırıldayırdı.
Aslan hiss edirdi ki, yolun sonuna gəlib və bununla əlaqədar nə isə danışmaq, ya
da, heç olmasa, nə isə haqda düşünmək lazımdır, amma aclıqdan dumanlanmış beyin
454