Page 459 - "Yeni söz"
P. 459
Özümü saxlaya bilmirəm, toz dənəsinə çevrilən müəllimimi səsləyirəm. Təranə Vahid. Mən toz dənəsiyəm
Bədirxan müəllim məni görəndə gülümsəyir, toz olmağım münasibətilə məni sovet
dövründənqalma ütülü sözlərlə səmimi-qəlbdən təbrik edir. Deyirəm, müəllim, xeyir
ola, nə yaxşı bu tərəflərə gəlmisiz? Deyir, elə bu yaxınlarda başa düşdüm ki, bütün
qayğılardan xilas olmağın, yaşamağın yeganə yolu toz olmaqdır. Portfelimi qoltuğuma
vurub vaxt itirmədən toza çevrildim. Gərək çoxdan toz olaydım. Heyif ki, çox
gecikmişəm.
Bədirxan müəllimə ürək-dirək verirəm. Müəllimim gümrah görünür, hiss edirəm
ki, toza çevrilmək ona düşüb. Sağollaşıb ayrılıram, axı tozlar adamlar kimi bir-birinin
zəhləsini tökmür. Düzünü bilmək istəsəniz, tozlar çox abırlıdır. Baş aparmaq, qan
qaraltmaq, satqınlıq, xəyanət, xəbərçilik, yalan – toz dünyasında bu yaramaz üzqa-
ralarına yer yoxdu. Oxayyy, dünya varmış! Bədirxan müəllim toz olandan sonra mən
kiməm ki? Allah bilir, buralar tanış-tunuşla, yazı-pozu adamıyla doludu.
Bu dəfə külək məni qanadları üstə xeyli gəzdirir. Tıxac yox, gərginlik yox,
marşrutpulu yox, valyuta məzənnəsi səni gic eləmir. Pul demişkən, tozlara pul lazım
deyil, heç kor qəpik də. Amma, canım nə qurtarıb pul söhbətindən! Mən adam olanda
hər gün metroda, yolda-izdə, yas yerində, toyda adamların nə düşündüklərini bilmək
istəyirdim. Elə bil adamların başları daxıl idi. Gecə-gündüz “pul, pul, pul...” – deyib
dınqıldayırdı. Daxılbaşlar!!!

Yox, tozlar əsəbiləşmir, mən sükut kimi sakitəm. Parkda qoca, arıq bir kişinin çiyninə
qonuram. Allah, bu kişinin fikirləri nə qədər qarışıqdı, bu insan nə qədər yüklüdü.
Qulağının dibində var gücümlə bağırıram ki, ay evi tikilmiş, toz ol, canın qurtarsın da
bu lazımsız yüklərdən. Kişi eşitmir. Yadıma düşür ki, qorxu hissi kimi, səsimi də
itirmişəm. Guya adam olanda səsimi kim eşidirdi ki? Yaxşı ki, tozlar bir-birilə danışır,
özü də zərif toz dilində. Tozşünasların dediyinə görə, toz dili dünyanın ən qədim və
əbədi dilidir.

Bu da belə. Qoca kişi ayağa qalxır, mən yenə havadayam. Qollarımı quş qanadı kimi
açıb havadan asılı qalıram. Elə havadaca fırlana-fırlana fikirləşirəm.

Doğrusu, toz olandan sonra ağlıma qəribə, əndrəbadi fikirlər gəlir. Məsəlçün,
fikirləşirəm ki, birdəfəlik toz olmaq hər gün xırdalanmaqdan, üyüdülməkdən min yol
yaxşıdı. Fikirləşirəm ki, sirkdə şir olmaqdansa, meşədə çaqqal olmaq daha abırlıdı,
fikirləşirəm ki, haqqını yeyənlərə anındaca tüpürmək, dözüb sonda sınmaqdan daha

459
   454   455   456   457   458   459   460   461   462   463   464