Page 20 - "Yeni söz"
P. 20
nc yazarların ədəbiyyat almanaxı
Müşfiqin hekayəsi ilə dini süjet arasında elə bir önəmli fərq yoxdur. Yazıçının
olaya yanaşması da qutsal kitabın hökmlərindən kənara çıxmır. Bəs onda bu
hekayə nə üçün yazılıb? Sadəcə "Yasin" oxumaq üçünmü? Axı bundan ötrü din
xadimləri var. Görünür, Müşfiq öz ömrünün dinlər tarixi dönəmindədir və onun
İn bahı hələ qabaqdadır.
Amma "Dülgərin qövmü"nün ilginc bir yönü var – müəllif əski çağların ruhunu
canlandıra bilir. Hekayənin ilk cümlələrindən hiss edirsən ki, guya elektrik işığı
düşməyən, maşın-dəzgah səsləri eşidilməyən, əldən-ayaqdan uzaq, qu desən,
qulaq tutulan bir məkana, nəsə özəl ruhi-psixoloji havaya düşmüsən. Bütün varlığı
ilə haqq axtaran mömin bir qocanın ruhundan süzülüb gələn bu hava, hekayəni
başdan-ayağa qədər bürüyür. Düzdür, üslub məsələsində gənc yazıçıya Saramaqonun
"İsanın İncili" romanının ciddi təsiri duyulur. Amma belə gənc yaşda Saramaqo
kimi mürəkkəb üsluba malik yazıçıdan təsirlənmək özü də bacarıq istəyir. Bir
sözlə, Müşfiq özünün msalında nəsrimizə yeni üslub və dünyagörüşünə malik bir
imzanın gəlişinə məni inandıra bildi. Onun imzasını siz də yadda saxlayın.
Günel Eyvazlının qədim Misir tarixindən söz açan "Tuten xatun" hekayəsinin
fabulası ilginc, hə a ağlasığmaz bir olay üstündə qurulub. Firon Exnaton övladının
qız doğulduğunu qoca kahindən başqa, hamıdan gizlədir və onu oğlan kimi
böyüdür ki, gələcəkdə taxta çıxsın. Exnatonun ölümündən sonra onun "oğlu"
Tuten Xamon adıyla taxta çıxsa da, Amenton adlı bir gəncə vurulur və qoca kahin
sirrin açılmasından qorxub onu zəhərləyir.
Hekayənin ən ümumi ruhunda gizli bir feminizm var, lakin bu, Günelin əsas
məqsədi deyil. O, məhəbbə din, hakimiyyət və kasta quruluşuna qarşı qoyur və
üstünlüyü birinciyə verir. Hekayənin başlıca ideyası insan və onun sevgisidir.
Düzdür, Günelin tarixi kolorit, yaxud psixoloji iqlim yaratmaqda bacarığı hələ
gəlişməlidir. Amma əvəzində o, orijinal mövzu, maraqlı süjet, şairanə-metaforik
dil, aydın ideyaya malik hekayə yazıb.
Vüsal Nurunun "Paltarboğan" hekayəsində isə məkan – əbədi bura, zaman
əbədi indidir. Vüsalın yazı üslubunun konkret məkan-zaman göstəriciləri məlumdur.
O, öz hekayəsini ötən yüzilin ikinci yarısında La n Amerikası ədəbiyya nda geniş
yayılan, yetmiş-səksəninci illərdə bizə də gəlib çatan və ən qabarıq ifadəsini
M.Süleymanlının nəsrində tapan magik realizm üslubunda yazıb.
20