Page 19 - "Yeni söz"
P. 19
ğəmbər Nuhun özüdür. Muəllifin fikrincə, Nuh tufanı insanların təbiə və bir-
birini anlamaması sonucunda baş verib. Bu, problemin tarixi qa dır. Çağdaş
insanın mənəvi durumu əski çağ adamından köklü surətdə fərqlənmir və deməli,
yeni tufan gözlənilir. Bu isə problemin çağdaş yönüdür. Təəssüf ki, Zərdüşt dünyasını
çox erkən, yaradıcılığının başlanğıc dönəmində dəyişdi və təkcə elə "Nuhun
doğulması" göstərir ki, onun şəxsində nəsrimiz necə bir istedadı i rib. Ruhu şad
olsun!

M.Ağaoğlunun "Nuhun xarra " hekayəsi ar q tufan başlandığı gündən söz
açır. Zərdüşt kimi Mirmehdi də tufan olayının baş qəhrəmanı Nuhu öz hekayəsinə
qəhrəman seçmir. O, peyğəmbəri nə özü görür, nə də bizə göstərir. Bu, bədii
mətnin ilahi mətndən birinci fərqidir. Mirmehdinin qəhrəmanı qutsal kitaba
düşməyən adi bir anturaj – Nuhun gəmisinin xarra Memesodur. Xarrat peyğəmbərin
öncəgörənliyinə inanmır (?!) və sonucda özü tufandan təsadüfən xilas olsa da,
ailəsinin məhvinə səbəb olur. Müəllifin fikrincə, yaxşılar tufanda qərq olub,
tufandan sonrakılar əksərən Memeso kimi uzunqulaqlardır.

Bədii mən q burada ilahi mən qdən nəinki fərqlənir, hə a ona qarşı çıxır. Ola
bilərmi, iman gə rənlər tufanda qərq olsun, gə rməyənlər isə təsadüfən xilas
olsun? Axı Allah öz Kitabında əksini deyir. Allah olan yerdə ümumən təsadüfə yer
varmı? Mirmehdinin məqsədi dini inancın təlqini deyil, amma onu birbaşa inkar
da eləmir. O, çağdaş mənəvi-əxlaqi sorunların ən dərin kökünə getməyə çalışır,
istəyir desin ki, bu dünya binası özülündən xarabdır, yəni "Süleymandan, Nuhdan
qalan dünyadır". Dini mövzu isə müəllifə sadəcə bədii üsul kimi lazımdır, yəni
Mirmehdi bu hekayədə də özünün həmişəki postmodern qeyri-müəyyənlik
ampluasındadır. Bu cür yanaşmadan sonra Nuh onu, yəqin ki, öz gəmisinə
götürməzdi. Qoy olsun, bunun əvəzinə çağdaş nəsr tufanında ədəbiyyat onu söz
gəmisinə götürüb.

Zərdüşt mifə, Mirmehdi Bibliyaya üz tuturdusa, M.Şükürlü sonuncu səmavi
kitaba – Qurani-Kərimə müraciət edir. Onun hekayəsinin qəhrəmanı dülgər Həbib
Nəccar haqqında Quranın qəlbi sayılan "Yasin" surəsi söz açır: "Şəhərin ən ucqar
tərəfindən bir kişi çaparaq gəlib dedi: "Ey qövmüm! Elçilərə tabe olun!" Dülgər
Allahın elçilərini öldürmək istəyən Antakiya şəhəri sakinlərini haqqa dəvət edir və
bu alicənab hərəkə nin bədəlini öz həya ilə ödəyir – hiddətlənmiş kütlə onu daş-
qalaq edir.

19
   14   15   16   17   18   19   20   21   22   23   24