Page 16 - "Yeni söz"
P. 16
nc yazarların ədəbiyyat almanaxı

bütün bunlardan bir sabah hazırlamalıydı:
ümidli,
işıqlı,
xoşbəxt bir sabah.

Bəli, xanımlar ən çox sevgi(sizlik!)dən yazırlar: Elnaz Eyvazlı və Rəbiqə Nazimqızı
tənhalığa məhkum qadının ağrılarını poe k registrasiyadan keçirir; Moskvada
yaşayan Nilufər Şıxlının qəhrəmanı isə, əksinə, bu tənhalığı özü arzulayır, amma
sevgilisi ilə birlikdə, gözdən-qulaqdan uzaq, idillik bir adada və bu arzu onun
Azərbaycanda yaşamadığını bilmək üçün oxucuya kifayət edir; milli şeirin Safosu,
Silviya Pla , ən azı Vera Pavlovası olmaq iddiasında bulunan, freydist ladlarda
gəzişmələri sevən Sevinc Elsevər sevginin ero k, fizioloji yönlərini daha çox
qabardır. Sevincin qəhrəmanının ero zmi bəzən aşırı sınırlara varır. O, hə a şəhid
olmuş kişiyə də qəhrəmanlığına görə yox, yaraşığına görə, ero k baxımdan dəyər
verir:

Cəbhədə öldürülən
kişilərin arasından
birinin şəkli üzərində
saxladı barmağını
dırnağı qırmızı boyalı qadın
"Nə qəşəng oğlanı öldürüblər!" – dedi.

"Erkəklər", "Qadın peyğəmbər", "Doğulacaq qadın", "Qadınların kitabı",
"Kişilərin kitabı"... Aysel Əlizadənin bu şeir, nəsr və tərcümə kitablarının təkcə elə
adları göstərir ki, bədii ədəbiyyatda qadın mövzusu onun düşüncəsində özünün
sadəcə bədii yox, həm də nəzəri-ideoloji dərkinə ça r, açıq-aşkar feminzm şəkli
alır. Gələcək ardıcıllarına poe k vəsiyyətnaməsindən isə görünür ki, Aysel özü də
özünü çağdaş Azərbaycan feminizminin bayraqdarlarından biri kimi qavrayır:

Məndən sonra doğulacaq qadın,
ruhumu vəsiyyət edirəm sənə...
Gələn bütün kişiləri,
şeirlərimi,
bir də sevgimi vəsiyyət edirəm.

16
   11   12   13   14   15   16   17   18   19   20   21