Page 11 - "Yeni söz"
P. 11
ya nın in m sevgi məqamlarını belə, Qarabağ savaşıyla anoloji müstəvidə dərk
edir.

"Gülləylə giliz ayrılığıdı bizimki, yəni, böyük eh malla, ölüm deməkdir", yaxud
"unutmaq – adam şaqqalamaq deməkdir" misallarında olduğu kimi, orijinal bədii
manerası, sərt intonasiyası ilə seçilən Fəridə Məmmədovanın şeirləri isə göstərir
ki, birincisi, Feyziyyə bu məsələdə is sna deyil, ikincisi isə savaş ümumən yeni
yaranmaqda olan poe k qəhrəmanın ar q çölündə yox, içində gedir. Savaş onun
bədii yaşam tərzi, psixoloji mövcudluq üsulu, güllə səsləri isə ürək döyüntüləridir:

erməni snayperindən yayınmaq üçün
pilləkənləri qaça-qaça qalxırlar
orda yaşamırlar – gülləylə yarışırlar
mən də şəhərdə belə keçirəm küçələrdən
xa rələrdən yayınım deyə...

Klassik ədəbiyyat ənənələri üstündə formalaşan, şeirlərini daha çox əruzda
yazan Əvəz Qurbanlının marş ritmi üstə köklənən savaş şeirində isə ədəbiyya mızın,
az qala unutduğu roman k vətənpərvərlik çağırışları səslənir. Diqqət edirsinizsə,
biz məhz səslənir dedik, çünki ekzistensialistlərin diliylə desək, hər kəsin subyek v
zamanı var və Əvəzin daxili zamanında sözün səsi hələ batmayıb:

Odur! Üçrəngli Vətən bayrağı qalxıb havaya,
Ruhumu orda şəhid ruhları səslər davaya.
Yetər ar q! Bu yolu burda dayandırmalıyıq,
Vətən uğrunda Savaş məşəli yandırmalıyıq!

Əvəz sözün ön cəbhəsindədir, bir də var sözün arxa cəbhəsi. Əvəz idealdan
danışır, sözün arxa cəbhəsinin təmsilçilərinin şeirləri isə realı göstərir. Sözün arxa
cəbhəsinin əsas çoğrafi ünvanı Şəhidlər xiyabanı, əsas mənəvi ünvanı savaşda
ərini i rmiş qadınların, nişanlısını i rmiş qızların, atasını i rmiş çocuqların ürəyidir.
Bu gənclərin gözündə savaş Emin Pirinin həzin notlar üstündə köklənmiş aşağıdakı
şeirində olduğu kimi, güzəran sorunları içində keçən uşaqlıq xa rələri deməkdir:

11
   6   7   8   9   10   11   12   13   14   15   16