Page 9 - "Yeni söz"
P. 9
Fikir verirsinizmi, gənc şairin lirasından qopan səslər nə qədər incədir – qula-
ğını gə r yox, dodağını gə r, öpəcəm yox, söz deyəcəm. Əslində isə o söz
deyilməyəcək, çünki sevgi sözün bitdiyi məqamdır. Elə bir məqam ki, şair sözü
demir, onu öpür. Füzulinin yonub-yonub cilaladığı, Ramiz Rövşənin tozunu aldığı
sözü öpməkdən başqa, Aqşinə nə qalır ki?
Ədəbi yaşıdlarının bir çoxundan fərqli Leyla Əliyevanın reallıq anlayışı daha
konseptualdır. Onun şeirləri Azərbaycan insanının yüksək materiya haqda
düşüncələrinin poe k ifadəsidir. Bu şeirlərdə metafizika klassik ruhi təkamül,
yaxud çağdaş psixotexniki prosedurlar yoluyla varılacaq bir yer, əlçatmaz kosmik
ərazi, an k tarixi məkan, bir sözlə, Tarkovskinin məşhur filmindəki kimi özəl zona
deyil. O, gerçəkliyin formalarından sadəcə biridir. Metafizik məxluqlar bizimlə eyni
məkanda, eyni zamanda mövcuddur. Onları doğmaları tərəfindən a lmış, mənəvi
tənhalığa məhkum ye mxana çocuğu da görə bilər. Yetər ki, stalker olasan, yetər
ki, ürəyin möhürlü olmasın:
Bu dərdli, bu uşaq baxışlarınla
Gəlmisən dünyaya, bil, sən təkliyə.
Kiçik əllərinlə sığal çəkirsən,
Hər an yanındakı körpə mələyə.
Ulucay Akif özünü dünya ədəbiyya örnəkləri, bədii sözün tarixi ilə dialoqda
qavrayır. Bu dialoqun iki zidd qütbü var – bir tərəfdə Dantenin xeyiri təmsil edən
ilahi gözəli Beatriçe, digər tərəfdə isə Edqar Allan Ponun şəri təmsil edən qara
qarğası. Lakin bu an uqütbləri birləşdirən bir cəhət var – hər ikisi insanın düzüb-
qoşduğu nağıl, hər ikisi yalandır. Gənc şair bu yalandan çıxış yolunu Allahın Adəmlə
danışdığı ilkin dilə – haqq sözünə qayıtmaqda görür. Və ba ədəbiyya na is nadlarına
rəğmən, Ulucay sonucda sözə tapınan bir doğulu, ilkin dil təliminin yaradıcısı İsa
Muğannanın ardıcılı kimi çıxış edir. O, Allahın sözünə qayıdır, bu isə elə onun özünə
qayıtmaqdır, çünki "İncil"in də təsdiq etdiyi kimi "başlanğıcda Söz Allah idi":
İndi kimi günahkar saymalıyıq düşüb izə,
Lənətləməliyik eramızdan əvvəl neçənci min ili?
Görəsən, kim etdi bu qəddarlığı bizə,
Görəsən, kim yaratdı ikinci dili?
9