Page 6 - "Yeni söz"
P. 6
nc yazarların ədəbiyyat almanaxı

Nə olar, əlimi uzalı qoyma,
Yolunu i rmiş bəndənəm sənin.
Bütün külliya m sənə məhəbbət,
Bütün şeirlərim duadır mənim.

Amma bədii yaradıcılıq həm də və daha çox fərdi olay olduğundan, bu fikri
nəinki bütün gənclərə, hə a hər hansı bir şairin istənilən şeirinə belə aid etmək
olmaz. Məsələn, istər yaş, istərsə də yaradıcılq stajı yönündən almanaxa daxil olan
şairlərin çoxundan irəlidə olan Aqşin Yeniseyin son illər işıq üzü görən şeirləri
göstərir ki, hə a ölümlə nəfəs-nəfəsə dəyib, geri dönməsi belə onun bədii
düşüncəsində önəmli çevriliş yarada bilməyib. O, özünün ənənəvi ateizmindən,
ən yaxşı halda, tərəddüdlərlə dolu skep sizm zolağına keçir, Qurani-Kərimə məx-
sus təbirlə desək, ürəyin möhürü laxlayır, amma qırılmır:

şüurun səhrasında azmış kor yolçu
Mən indi günahın cazibəsinə həsr olunmuş
qüssə və tövbə dolu bir şeirin son misrasıyam
Tanrının insana əlvidasıyam.

Allaha, metafizik dünyaduyumuna "əlvida" yox, "salam" deyənlərin durumu
isə gəldikcə güclənir. Bu, sovet ateizmi və materializmini böyük itkilər bahasına
dəf edən poe k düşüncəmizin ötən əsrin 60-cı illərindən sonra Füzuliyə daha bir
qayıdışıdır. Gənclərin yaradıcılığında bu qayıdışın ən dürlü görüntüləri ilə üzləşirik.
"Niyə yaranır bu minlər, milyonlar, sonda yarandığı BİRə dönürsə" deyən Elşad
Ərşadoğlu Allah sevgisini başlıca mövzuya çevirən klassik sufi şeirinə söykənir,
sadəcə şeirlərini Füzuli kimi əruzda yazmır, Yunus Əmrə kimi hecada qoşur. Ölümlə
dirim arasındakı fərqin aradan qalxdığı, məkan və zaman ölçülərinin itdiyi metafizik
başlanğıca qayıdış Hədiyyə Şəfaqə n şeirlərində öz ifadəsini çağdaş forma və
üslubda tapır:

Heyyy...
Zamansız!
Heyyy...
Məkansız!

6
   1   2   3   4   5   6   7   8   9   10   11