Page 5 - "Yeni söz"
P. 5
Allah göz yaşlarına inanır

I stənilən almanax bir camedir – burada hamı yığışıb Sözə birlikdə
dua edir. Azərbaycan Respublikası Nazirlər Kabine yanında Tərcümə
Mərkəzinin direktoru, görkəmli nasir, dramaturq, esseist, publisist,
tərcüməçi, Əməkdar incəsənət xadimi Afaq Məsudun təşəbbüsü ilə düzənlənən
bu almanaxa öz şeir və hekayələri ilə yetmişə yaxın gənc yazar toplanıb. Bu
cavanların sırasında özəl istedadı ilə seçilənlər də, sadəcə bəlli bədii-este k
ölçülərə cavab verənlər də var. Çünki almanax komissiyası heyə nin məqsədi
oxucuya beş-on imzadan ibarət istedadlar buke təqdim etmək yox, yeni nəsil
Azərbaycan ədəbiyya nın ən genəl mənzərəsini göstərməkdir. Həqiqət müqayisədə
üzə çıxır. Təəssüf ki, yazının həcmi imkan vermədiyindən, ön sözdə yalnız ən
səciyyəvi imzalar barədə söz açmaq zorundayıq.
Yeni nəsil yazarlar qarma-qarışıq yuxunu xa rladan 90-cı illərdən, bu tarixi il-
lərin bir az ümidsizlik gə rən, bir az da ümid verən ruhundan doğulublar. Ümid və
ümidsizlik... Son on ilə qədər bu iki söz gənclərin çoxunun yazılarının al ndan da
keçirdi, üstündən də. Gənclər özlərindən öncəkilərdən daha səmimi, cəsarətli, re-
alist... olmaq çabaları göstərir, amma onların ən radikal təmsilçilərində səmimiyyət
çox vaxt aşırı açıq-saçıqlığa, üsyankarlıq üsyanbazlığa, keçmişlərin tənqidi dərki
nihilizmə çevrilirdi.
Xoşdur ki, son illər bədii sözün mənəvi iqlimi, psixoloji aurası bayağı inkarçılıqdan,
vulqar nihilizmdən getdikcə daha çox arınır, ədəbiyyatda yenidən Müşfiq küləkləri
əsməyə başlayır. Bu dönüşdə keçid dönəminin başa çatması ilə bağlı toplumsal
stabilləşmə prosesinin rolu danılmazdır. Amma problemin çözülməsinin ba ni
yönü də var. Bu gün bədii fikir bir neçə imzanı çıxmaqla, on illərdən bəri unutduğu
Allah ideyasına qayıdır, poeziya yenidən duaya çevrilir, ədəbiyyat əbədiyyətlə
nəfəs alır, yerlə göyün dialoqu bərpa olunur.
Sevən və sevgisi yolunda ağrılarla uğraşan qadın qəlbinin gizli sirlərini, mübhəm
həyəcanlarını Marina Svetayeva cəsarə ilə açıqlayan, amma bu cəsarətə Natəvan
həyası qatan Arzu Hüseynin Allaha ünvanlanan bu misralarını çağdaş poeziyadakı
aparıcı yönlərdən birinin proqram-manifes saymaq olar:

5
   1   2   3   4   5   6   7   8   9   10