Page 14 - "Yeni söz"
P. 14
nc yazarların ədəbiyyat almanaxı

insan haqda düşüncələri isə öz rəngarəngliyi ilə xüsusi seçilir və bu, mən qidir.
Onlar qapalı sovet cəmiyyə yox, açıq toplum təmsilçiləri, suveren bir ölkənin
vətəndaşlarıdır. 90-lardan sonra bədii fikrin sosrealizmin monopoliyasından çıxması,
dürlü bədii yaradıcılıq metodlarının yaranması bu suverenliklə birbaşa bağlıdır.
Amma...

Nicat Məmmədov insan haqqında modernist, Qismət isə həm də bir az
postmodernistcəsinə yazır. Nica n şeirləri mənə Ceyms Coysun dünya bədii fikrinin
qəlizlik etalonu olan ünlü "Uliss" romanından da mürəkkəb gəlir və bu barədə söz
açmağa yetənəyim yetmədiyini e raf edirəm. Bu işi gələcəyin araşdırmaçılarının
öhdəsinə buraxaq. Qismət isə həm özünün, həm də yöndaşlarının şeirlərinə ən
dəqiq qiymə özü belə verir:

İndi hər şey “second hand”-di.
Məsələn, televizor güzgüdən,
çilçıraq günəşdən plagiatdı.
Qarışıq pizza,
mix musiqi,
Yığma komanda əsridi,
İndi hamı bir-birinin təkrarı,
həm də əslidi.

Doğrudan da, şeirimizin bu qanadının əksər təmsilçilərinin yazıları azca oxu
təcrübəsi olan adama hardansa, kimdənsə edilən tərcüməni, nəyinsə təkrarını
xa rladır. Yəqin, bu üzdən onların şeirlərinin musiqisi olmur. Bəzən bu musiqi olsa
belə, ar q məlum bir mahnının bir az fərqli aranjimanı təsiri bağışlayır. Amma
poeziya başqasının kitabından yox, varlıq kitabının özündən tərcümə, şair isə
Allahın tərcüməçisi deyilmi? Və görəsən, eynən Dostoyevskinin İvanı kimi "Allah
yoxdur, hər şeyə icazə var" deyən postmodernizmi bir qalxantək başına çəkmək
bütün bu plagiatlara, təkrarlara... haqq qazandırırmı? Axı postmodernist olub,
orijinal olmağın da örnəkləri var. Bu baxımdan uzağa gedib rus şairi D.Priqovdan
danışmayacaq, çağdaş şeirimizdən Həmid Herisçini yada salacam.

Çağdaş poeziyada insanın özünüdərki və azadlıq istəyinin daha bir təzahürü
feminizmdir. Bu, özgürlük dönəmində qadın emansipasiyasının öz pikinə çatması
ilə birbaşa bağlıdır. Özü də öncələrdən fərqli olaraq qadın haqlarını müdafiə

14
   9   10   11   12   13   14   15   16   17   18   19