Page 12 - "Yeni söz"
P. 12
nc yazarların ədəbiyyat almanaxı
...ayaqqabım yır lardı
böyüyəndə ayağım.
Ayağınız böyüməsin deyə
dua etmisinizmi heç?!
...Kişilər ağlamaz deyən anam
yerimə özü ağlardı.
göydən üç alma düşməzdi nağıllarında,
deməzdi bunu anam –
birdən ürəyimiz alma istəyər.
Ramil Əhməd isə birbaşa müharibədən doğulan uşaqların taleyindən yazır:
Hər şəhid bir ananın ümidiydi,
məryəm qızların toppuş çocuqlarının atasıydı...
Hər evdə böyüdülmüş bir əsgər şəkli qaldı
və qızlar bu şəkillərə baxıb doğdular...
Bu şəkil çocuqlar öz atalarının ögey balalarıydı...
Çağdaş şairlər savaşa münasibətdə sovet klassiklərindən fərqlənirlər. Özü də
bu, müasir şeirin həzin intonasiyası, sakit tonu, aşağı temporitmi və pik sovet
şeirinin pate k ruhu, tribun xarakteri arasındakı fərqlə bitmir. Daha ciddi fərq ən
genəl yaşam fəlsəfəsindədir. Əgər S.Vurğun özünün müharibədən sonra yazdığı
ünlü şeirlərindən birində "Ömrün kitabını tamamlamağa çox da can atmasın
əlimdə qələm, mən tələsmirəm" deyirdisə, kosmos və internet erasının, savaş və
terror əsrinin təmsilçisi Fərid Hüseyn bir qiyamət vahiməsi, bir esxatoloji təlaşla
bunun tam əksini yazır:
Tələsik yaşamaq lazımdır –
Ölüm vax nı irəli çəkiblər,
əcəl saa nı dəyişdiriblər...
Uşaqları tez böyütməli
Əmzikləri əlüstü tullamalıyıq,
yoxsa bombaları taykeş geydirəcəklər gül ayaqlara...
12