Page 24 - "Yeni söz"
P. 24
nc yazarların ədəbiyyat almanaxı

xa rladır. Duyğusallığı sı ra endirməyə çalışan müəllifin təhkiyəsi hansısa ar q
yazılmış mətnin printerdən çıxması təəssüra oyadır. Amma bu proses son model
printerlərdə olduğu kimi səhifə-səhifə yox, klassik printerlərdə olduğu kimi cümlə-
cümlə gedir. Hekayədə müəllif tərəfindən bilərəkdən yaradılan özəl psixoloji "aura"
var, bu, onun aurasızlığıdır. Bu, hekayəni havası sorulub çıxarılmış şüşə qaba
bənzədir. Elə bil ki, kriminal olaydan şoka düşən mətnin dili ba b və o, adama
şüşə kimi donuq gözlərlə baxır.

"Monoton" isə göstərir ki, Ayxan daha zərif materiya qa nda işləyir. Ekspressiv
ovqata köklənən hekayədə adamı üşüdən buz kimi soyuq nəfəs var. Qəfil ölən
Da ko adlı şən, xeyirxah, baməzə gürcü də, onun ata itkisini dərk etməyəcək
qədər körpə qızı da, taleyin qəfil zərbəsindən özünü i rən arvadı da nə vaxtsa
yadımdan çıxa bilər, amma hekayənin insanı iliklərinəcən üşüdən soyuq nəfəsini,
yəqin ki, unutmayacam. Bəlkə də, müəllifin əsas məqsədi elə bu nəfəsi verməkdir.
Bəlkə də, onun elə bir məqsədi-filanı yoxdur, sadəcə içindəki ölüm hissinin
soyuqluğundan şüural olaraq canını qurtarmaq istəyir.

Şüural olaraq? Hə, düz eşitdiniz, məhz şüural olaraq. Məsələn, Qan Turalı
mətni daha çox əlləri ilə düzəldir – Yəhva Adəmi palçıqdan yoğurduğu kimi; ən
yaxşı halda, başından çıxarır – Zevs Afinanı qafa tasından çıxardığı kimi. Ayxan isə
özü də fərqinə varmadan mətnə canından can, ruhundan ruh verir. Buna görə
Ayxanın mətni cümlə-cümlə gəlmir, bütöv halda, təbii şəkildə doğulur. Bu üzdən
"Monoton" ölümdən danışsa da, canlıdır. B.Vahabzadənin diliylə desək, "başqa bir
can verib İsaya sənət, ölü cəsədinin cansızlığında". Hekayənin anlamadığım tərəfi
məzmunla bağlanmayan, ideyanı açıqlamayan, bir sözlə, havada yellənən başlıqdır –
"Monoton"!

Zərif materiya ilə işləmək baxımından almanaxa daxil olan gənclər arasında
Ömər Xəyyam xüsusi seçilir. Ömərin "Nağılın sonu nağıl" hekayəsinin altyapısında
ölüm-dirim məsələsi durur. Onun yazıçı qəhrəmanı gələcək romanıyla bağlı
ölümqabağı qorxu hissini prak kadan keçirmək istəyir və bu məqsədlə ölümə
məhkum dustaqların həbsxanasına girir. Həbsxana işçiləri yazıçını aldadır və onu
ölümə, doğrudan, məhkum edildiyinə inandırırlar. Oyuna düşdüyünü o, yalnız
finalda bilir. Amma bu, sadəcə postmodern bir oyun deyil. Çünki postmodernist
oyun nə cəsiz olur, burada isə nə cə var – qəhrəman ölməsə də, qorxudan,
həyəcandan kor olur.

24
   19   20   21   22   23   24   25   26   27   28   29