Page 348 - tomas
P. 348
as Vulf
QÜRUBÇAĞI SӘRGӘRDANLAR
Sәrgәrdanlar asta-asta, indicә yeyib-doymuş, vaxtın vә vacib
işlәrin tәlәsdirmәdiyi adamlar sayaq, meşәdәn çıxdılar. Dәmir
yolunun kәnarına tökülmüş torpağın üstüylә bir neçә fut aşağı
enib, tәlәsmәdәn şpalların üzәriylә su qüllәsinә yaxınlaşdılar.
Axşam düşürdü, günәş görünmәsә dә, bürkü yaymayan son
şәfәqlәri hәlә dә artıq qaralmış meşәlәrdәki ağacların başında vә
qüllәnin zirvәsindәydi. Orada işıq, nәfis qәdim tuncun parıltısı
kimi, qәribә arxayınlıqla bir az lәngiyirdi. O işıq meşәni bürümәkdә
olan sәrin, möcüzәli qaranlığın bir hissәsi deyildi, o işıq kәdәrә,
sevincә oxşayır vә xәyal kimi dәrhal sönürdü.
Yolun üstündәki talada peyda olan, indi nizamsız sırayla su
qüllәsinә doğru hәrәkәt elәyәn beş kişidәn böyüyünün tәxminәn
әlli yaşı olardı. Amma hәmin adam islanmış cır-cındırın, yaprıxmış
saçların, bәdәn әzalarının elә xarabalığı, elә formasız yığınıydı
ki, yaşını dәqiq tәyin elәmәk mümkün deyildi. O, güclü yağışın
torpağa pәrçimlәdiyi әridilmiş әşyanı xatırladırdı. Balacanın –
tәzә-tәr üzlü, oynaq, maraq dolu gözlәrlә baxan kәndli oğlanın
yaşı on altını tәzәcә ötmüşdü. Qalan üçündәn biri yaşı otuza
çatmamış, safsarsifәt, demәk olar ki, üst dişlәri olmayan cavan
oğlan idi. O, ehtiyatla, indi yanındakıların üstünә atdığı bu işә
öyrәşmәmiş tәrzdә, nәrmә-nazik addımlarla yeriyirdi. Bu, çirkli
zәrifliyin zәfәriydi – kürәkdәn aşağı çox gen olan darzolaqlı
kostyumu yağlı lәkәlәrlә doluydu, pencәyin yaxalığı qaldırılmış,
әllәr şalvarın ciblәrinә bәrk-bәrk soxulmuşdu – hava isti olsa da,
üşüyürmüş kimi, sümüklü çiyinlәrini irәli verib yeriyirdi.
Dodaqlarının bir küncündәn әzik siqaret sallanır, danışanda
dodaqları zorla tәrpәnsә dә, bütün ağzı iyrәnc tәrzdә yana әyilirdi.
Onun görkәmindәn başdan-ayağa pisniyyәt qapalılıq yağırdı.
Hәmin beş adamdan yalnız ikisi özündә әsl evsizlik möhürü
daşıyırdı. Biri yaşca balacaydı, cod arıq sifәti vardı, gözlәri әqiq
kimi sәrt, soyuq idi, nazik dodaqlarının çәpәkiliyi çapığa oxşayırdı.
İkincisinin görkәmindәn bilinirdi ki, yaşı qırxı ötüb. Yöndәmsiz
bәdәni, peşәkar sәrgәrdana xas ölgün sifәti vardı. Üzündәn vә
348