Page 345 - tomas
P. 345
Səhər erkənin sirki
Qardaşım da bunu görüb gülmәkdәn qәşş elәyir, yöndәmsiz
barmaqlarıyla qabırğalarıma toxunurdu. Filin düzәltdiyi tamaşanı
bәrәlmiş gözlәriylә seyr elәyәn iki şәhәrli qaradәrili oğlansa
meymunsayağı sifәtlәrini bir-birinә çevirib, eyni vaxtda әllәrini
dizlәrinә çırpır, sonrasa sual-cavab oyunlarına başlayırdılar:
– Mәzәlәnmir, hә?
– Yox, ser! Heç kәsin dә arxasınca göndәrmir.
– O demir, “Bir dәqiqә gözlәyin”?
– Yox, ser! Deyir, “Haydı, haydı!”
– Hәm dә tap-tapla gedir! – oğlan fili yamsılayıb öz qara
sifәtini yerә әyirdi.
– İtәlәyir, – digәri elә bil başıyla nәyisә itәlәyib aşağı әyirdi.
– “Ar-ram” deyir, – biri deyirdi.
– Deyir ki, “Ağa, hazırdı! Qaydasındadı!” – digәri cavab
verirdi.
– Ha-ha! Ha-ha-ha! – onlar bağırır, öz gülüşlәrindәn boğulur,
filin hәrәkәtini yamsılaya-yamsılaya onun gücündәn vәcdә gәlib,
әllәrini bәrkdәn dizlәrinә şappıldadırdılar.
Hәmin müddәtdә artıq sirk yemәkxanasını – iri brezent talvarı –
qurdular. İndi biz dә o talvarın altındakı masalar arxasında
artistlәrin sәhәr yemәyi yediklәrini görә bilәrdik. Onların
yemәklәrinin qoxusu bizim güclü hәyәcanımıza, heyvanların
iyinә, sehrlә bәrq vuran sәhәrin sevincinә, saflığına, gözәlliyinә,
әsrarәngizliyinә qarışırdı. Elә bil bu qoxu dünyanın nә vaxtsa
yediyimiz, ya da sorağını eşitdiyimiz әn iştahaaçan, әn lәzzәtli
xörәyindәn gәlirdi.
Biz sirk artistlәrinin öz güclәrindәn-qüdrәtlәrindәn hәzz ala-
ala bol sәhәr yemәklәrini lәzzәtlә aşırmaqlarına baxırdıq. Onlar
aşpazın jonqlyor mәharәtiylә havaya atdığı, ucaboy ofisiant
qızınsa hündürә qaldırıb, әzәlәli әlinin barmaqları üzәrindә
masalara apardığı iri mәcmәyilәrdәki bifştekslәri, döymә donuz
әtini, qızardılmış döş әtini, yumurtanı yeyirdilәr. Dadlı yemәyin
adamı yerindәn oynadan qoxusu üzәrindә hәmişә elә bil sәhәrin
bu hәyәcanlandırıcı hәyatına xüsusi mәna, kәskinlik verәn tünd
әtir – buludların ağlagәlmәz dәrәcәdә iri qәhvәdandan, artistlәrin
fincanlardan içdiklәri tünd qәhvәnin әtri – asılıb qalırdı.
345