Page 341 - tomas
P. 341
Bruklini yalnız ölülər tanıyır

– Hә, dә. Bax mәn orada olmuşam.
– Onda bir dә ora getmә, oradan uzaq dur.
– Niyә? Oranın nәyi pisdi?
– Yer o vaxt yaxşı olur ki, oradan uzaq gәzirsәn. Nә qәdәr
uzaq dursan, o qәdәr gözәl olur.
– Niyә? Orada pis nә var?
İlahi! Mәgәr, belә qanmaza nәyisә başa salmaq olar? Desәn
dә, demәsәn dә, eyni şeydi, onsuz da, anlamayacaq, mәnsә
deyirәm:
– Yox, әşi, heç nә yoxdu. Sadәcә orada aza bilәrdin.
– Azardım? – deyir. – Yox, heç vaxt azmaram. Axı mәnim
planım var.
Plan! Özü dә Qırmızı Burunda! İlahi!

***

Sonra mәnә cürbәcür sarsaq suallar vermәyә başladı: Bruklinin
sahәsi nә qәdәrdi, ondan yaxşımı baş çıxarıram, oranı tanımaq
üçün nә qәdәr vaxt lazımdı.

– Bura bax! – ona deyirәm. – Bu barәdә düşünmәkdәn әl
çәk. Onsuz da, yüz il öyrәnsәn dә, Bruklinә bәlәd olmayacaqsan.
Mәn bütün ömrümü burada yaşamışam, amma onun haqda hәr
şeyi bilmirәm, sәnsә bir dәfә getmәklә tanımaq istәyirsәn.

– Doğrudu, – deyir, – amma mәnim planım var, onunla baş
çıxarmaq asandı.

– Bruklinә bәlәd olmaq üçün sәnә heç bir plan kömәk elәmәz.
Heç ümid dә elәmә.

Sonra qәfildәn soruşur:
– Üzә bilirsәn?
Hә, bu vaxt mәnә aydın oldu ki, oğlanın, deyәsәn, ağlı
özündә deyil. Әmәlli-başlı çәrәnlәdi. Amma mәsәlә bunda deyil,
әsas odur ki, mәnә onun gözlәrinin sәfehliyi xoş gәlmәdi.
– Üzә bilirsәn?– deyir.
– Әlbәttә, – deyirәm. – Bәs sәn?
– Yox. Bir azca. Yaxşı öyrәnmәmişәm.
– Әşi, çәtin deyil. Sadәcә qorxmamaq lazımdı. Mәn, bilirsәn,
necә öyrәndim? Sәkkiz yaşımda böyük qardaşım elә paltardaca

341
   336   337   338   339   340   341   342   343   344   345   346