Page 339 - tomas
P. 339
Bruklini yalnız ölülər tanıyır
– Doğrudan? – soruşuram.
– Doğrudan!
– Hә, demәli, sәn elә şeylәr danışa bilәrsәn ki, heç kim
eşitmәyib? Bәlkә, axşamlar yatmazdan qabaq, kağızdan oyuncaq
düzәldәn adamlar kimi, özün beynindә uydurursan.
– Doğrudan? – o deyir. – Sәn guya çox ağıllısan?
– Heç bilmirәm, – deyirәm. – Quşlar hәlә ki mәni Linkolnun
heykәli hesab elәmirlәr. Amma gopçunu tanımağa ağlım çatır.
– Doğrudan? Sәn, demәli, ağıllısan? Bura bax, belә çox uzaq
getmәzsәn, ağzını dağıdarlar. Onda bilәrsәn, özünü ağıllı göstәrmәk
nә demәkdi.
***
Hә, bu vaxt qatarım göründü. Yoxsa belә sözlәrә görә oğlanı
әmәlli-başlı әzişdirәcәkdim. Amma qatarın yaxınlaşdığını görәn
kimi ona bircә söz dedim:
– Yaxşı, yaramaz. Heyif ki, sәnә baş qoşmağa vaxtım yoxdu.
Qalsın qulluğunda, Allah qoysa, sәni qәbiristanlığa sürüyәndә
görәrәm.
Sonra bayaqdan elә yanımdaca durmuş hәmin uzundraza sarı
dönüb dillәndim:
– Gәl gedәk.
Qatara mindik. Ondan soruşuram:
– Bensonherstdә hara getmәlisәn? Orada kimi axtarırsan? –
Bilirsәn, fikirlәşdim ki, ünvanını söylәsә, bәlkә, ona kömәk elәyә
bilәrәm.
– Heç kimi axtarmıram, orada da heç kәsi tanımıram, – deyir.
– Onda niyә gedirsәn ki ora?
– Elә-belә, görmәk istәyirәm, necә yerdi. Adı xoşuma gәldi:
Bensonherst. Qәrara gәldim ki, gedim baxım.
– Nә çәrәnlәyirsәn, – deyirәm. – Nәdi, mәni axmaq yerinә
qoymusan? Bilirsәn, elә bildim, mәnimlә mәzәlәnirsәn.
– Yox, әşi, düzünü deyirәm. Mәn gözәl adı olan bütün yerlәrә
baxmağı sevirәm. Cürbәcür yeni yerlәr görmәkdәn ötrü ölürәm.
– Madam ki heç vaxt orada olmamısan, hardan bildin, belә
yer var?
339