Page 330 - tomas
P. 330
as Vulf

Sonra da sükut, yalnız quşların get-gedә sәngiyәn cәh-cәhi,
küçәdәn gәlәn ayrı-ayrı sәslәr, qışqırtılar, kiminsә qısa cavabı,
axşam havasında uzaq, nәhәng, boğuq donqultu eşidilir.

– Yaxşı, mәn gedәndәn bәri tәzә nә var, nә yox? – Sakit,
kәdәrli toranlıqda sәs yenidәn eşidilir. – Mәn olmadığım müddәtdә
bir hadisә baş verib?

– Yox! Heç nә olmayıb, – o biri cavab verir. – Bilirsәn, hәr
şey әvvәlki kimidi. – Kişi elә bil dilinin gücsüzlüyü ilә çarpışmaqdan
yorulub gәrgin halda dillәnir.

– Hә. Bilirәm, – o biri fikri dağınıq halda cavab verir, Bruklin
üzәrinә tәzәdәn sükut çökür.

– Sәn olmayan müddәtdә Qroqan Ata öldü, – sәs yenә
başlayır.

– Nә danışırsan? – o biri sakitcә tәәccüblәnir.
– Hә-ә.
Sonra sükut çökür.
– Ona yazığın gәlir, hә? – sakit sәs dillәnir.
– Hә-ә. Şәnbә günü öldü. Cümә günü evә gәlәndә salamatçılıq
idi.
– Nә danışırsan?
Sonra sәslәr bir anlığa susur, qatı sükutda boğulurlar.
– Nәsә yaxşı şey deyil, hә?
– Hә. Onu ertәsi gün sәhәr saat onda tapıblar. Mәnzilinә
girәndә görüblәr ki, vanna otağının döşәmәsindә yıxılıb qalıb.
– Nә danışırsan?
– Hә-ә. Vanna otağında tapıblar.
– Hә-ә-ә. Nәsә yaxşı şey deyil… Görünür, o ölәndә mәn
burada deyildim.
– Hә. Görünür, burada deyildin.
– Hә. Görünür, burada yoxdum. Görünür, burada deyildim.
Yoxsa xәbәr tutardım. Burada deyildim.
– Hә, yaxşı, hәlәlik. Görüşәnәdәk.
– Hә, yaxşı, hәlәlik.
Pәncәrә örtülüb, yenidәn әtrafda – axşam, uzaq sәs-küy,
Bruklindә kәsik-kәsik qışqırtılar – sakitlikdi; Bruklin – formasız,
hisli-paslı, bitib-tükәnmәz xaosdu.

330
   325   326   327   328   329   330   331   332   333   334   335