Page 329 - tomas
P. 329
Çıxılmazlıq

Çünki siz – sizsiniz, siz bildiyinizi bilirsiniz, tutqun gecәlәrdә
sükutun köklәrini gәmirәn, zoqquldayan tәnhalığınızı çatdırmaq
üçün sözünüz yoxdu.

Nә deyәsәn? Bәli, orada hәyat yetәrincәdi – güc, әzәmәt,
gözәllik, sevinc bәs deyincәdi. Amma Allah şahiddi ki, çirkab
da, yoxsulluq da, kasıblıq da kifayәt qәdәrdi, qәddarlıq, nifrәt,
vәhşilik dә nә qәdәr istәsәn var, sizi dәhşәtin boz hәftәbecәriylә
doyduran, dodaqlarınızı ümidsizlik qızdırmasıyla bürüyәn tәnhalıq
da yetәrincәdi.

Elә zaman da kifayәt qәdәrdi. Hәtta Bruklindә anlaşılmaz,
tutqun zaman, hәmişә böyrünüzdәn çay kimi axıb keçәn minillik
qaranlıq zaman yetәrincәdi. Hәtta Bruklinin zülmәt zirzәmilәrindә
zaman kifayәt qәdәrdi. Ancaq siz bu barәdә danışmağa cәhd
elәyәndә alınmır. Bu mәqamda nә deyә bilәrsiniz?

***

Qәfildәn qüssәli axşam işığının “Bruklin” adlanan nәhәng
paslı meşәyә, adamların ölgün gözlü üzlәrinә, boz sifәtlәrinә
düşmәsini, hәtta Bruklindә boğuq, kәdәrli işığa bürünmüş
adamların axşamçağı pәncәrә qabağında deyinmәsini xatırlayırsınız.
Bir dәfә Bruklindәki zirzәminizdә axşamın sәslәrinә, qonşu
ağacdakı quşların get-gedә yox olan cikkiltilәrinә qulaq asa-asa
uzandığınızı xatırlayırsınız. Sonra haradasa iki pәncәrәnin
açıldığını, iki sәsin – kişi vә qadın – sakit, kәdәrli toranlıqda
sәslәndiyini xatırlayırsınız. Ardınca hәmin söhbәt yenidәn
Bruklindә eşidib itirdiyiniz namәlum qәdim mahnının qarayaxa
nәqarәti kimi yaddaşınızdan boy verir.

– Deyәsәn, burada yox idin, – biri başlayır.
– Hә, yox idim. Mәzuniyyәtdәydim. Bayaq gәlmişәm, – o
biri sәs deyir.
– Doğrudan? Mәn belә dә düşündüm. Elә axşam beynimdәn
keçdi ki, deyәsәn, çoxdan görünmürsәn. Fikirlәşirәm ki, yәqin,
çıxıb getmisәn.

329
   324   325   326   327   328   329   330   331   332   333   334