Page 328 - tomas
P. 328
as Vulf

– Ürәyim bulanır! Qusmağım gәlir! Uşaqlar, bir az gözlәyin!
Özünüz gedin, gedin işinizi görün. Qoy mәn qәhvә içim!

O birilәr dә cavabında nәrildәdilәr:
– Hara gedirsәn? Nәdi, qancıq, qorxdun? Gәl görüm, yoxsa
bu saat doğram-doğram edәrәm!
Onların ayaqları qaranlıqda gümrah-gümrah tappıldadı, qadının
döngәnin o başından eşidilәn sәrxoş bağırtıları az sonra kәsildi.
Ağanız bu vәhşi xronikadan lap vәcdә gәlib. O, heyrәt içindә
әlini alnına çırpıb sәslәnir:
– Ah, çox gözәldi! Çox gözәldi! Bәxtiniz gәtirib ki. Sizin
yerinizә olsaydım, özümü dünyada әn xoşbәxt adam hesab
elәyәrdim.
Siz onun otağına nәzәr salıb dillәnmirsiniz.
– Azad olmaq! Harada istәsәn, yaşamaq vә bütün bunları da
görmәk! Әsl insanların arasında yaşamaq! Әsl bәzәksiz-düzәksiz
hәyatı görmәk! Yoxsa buradakı kimi… – kişi üzgün nәzәrlәrini
dәbdәbәli şәraitә, öz günlәrini birtәhәr keçirmәk mәcburiyyәtindә
qaldığı xәyal alәminә dikir. – Başlıcası isә, tәnha olmaq!
Soruşursunuz ki, nә vaxtsa tәk olubmu, tәnhalığın nә olduğunu
bilirmi? Ağaya izah elәmәyә çalışırsınız, amma mәlum olur ki,
özü dә hәr şeyi bilir. O, kәdәrli halda gülümsünür, sizin sadәlövh
izahlarınıza hәyatın müdriklәşdirdiyi insanın yorğun mәrhәmәtiylә
qulaq asır.
– Bilirәm, bilirәm! – kişi köksünü ötürür. – Amma biz
hamımız tәnhayıq, dostum. Axı әsl tәnhalıq bax buradadı, –
sonra köynәyinin üçüncü düymәsindәn azacıq sol tәrәfi, ürәyinin
olduğu yeri taqqıldadır. – Siz cavansınız, azadsınız, bütün alәm
qarşınızdadı! Gözәl hәyat! Allahım, insan daha nә arzulamalıdı?
Bu mәqamda nә deyә bilәrsәn axı? Gicgahlarınızda qan
döyünür, incik, acı cavab dodaqlarınızdan qopmağa hazırdı, sizә
elә gәlir, ona çox şeylәr deyә bilәrdiniz. Ona risksiz-filansız
söylәyә bilәrdiniz (vә bu zaman hәddәn artıq әdәbli görünә
bilәrdiniz) ki, dünyada insanın arzulaya bilәcәyi hәr şey – yaxşı
yemәk, xeyirxah dostlar, rahatlıq, tәminat, gözәl qadınlar istәdiyin
qәdәrdi. Amma burada nә demәk olar?

328
   323   324   325   326   327   328   329   330   331   332   333