Page 71 - Miisir
P. 71

– Eh, bircә dәfә bağı dolanarıq, – kәl ona yaxınlaşaraq dedi.
               – Yaxşı, bәs belinә necә qalxım?
               Kәl cavab verdi:
               –  Mәn dәvә kimi diz çökәcәyәm.
               Kәl dizini qatladı vә balaca paşa onun belinә mindi. Heyvan elә tәzәcә yerindәn
           tәrpәnmişdi ki, oğlanın görmәdiyi iki nәhәng qanad havada çırpındı. Kәl göyә uçdu
           vә әn tәhlükәli yüksәkliyә qalxdı. İbrahim qışqırmaq istәdi, amma hәniri batdı,
           nәfәsi tәntidi. O, әla at çapırdı deyә kәlin beli yerә salınmış xalı kimi rahat idi,
           ona görә dә ürәklәndi vә nәhayәt, dili açıldı.
               Kәl böyürdü vә balaca paşaya elә gәldi ki, heyvan ona gülür. Bәli, kәl indi ona
           ay rı cür görünürdü. O, başını yuxarı qaldırmışdı, amma buynuzları qәzәblә mavi
           rәng lәrә batırdı, qorxunc qanadları xışıldayır, titrәyirdi...
               Oğlan anlaya bilmәdi ki, hardadır. Birdәn kәlin enli qanadları hәrәkәtsizlәşdi.
           Heyvan bir az lәngәr vurub aşağı endi, nәhayәt, sanki palma ağacının tәpәsindә
           havadan asılı qaldı. Onun altında yoxsul daxmalar görünürdü.
               Bu, әkinçilәrin kәndi idi. Hava sәyyahlarının gәlişi sakinlәri zәrrә qәdәr dә tәş -
           vi şә salmadı. Hәtta onları görmәdilәr vә balaca paşa başa düşdü ki, o, adamların
           diq qәtini cәlb etmәdәn hamını görüb-eşidә bilәr.
               Birdәn daxmaların birindәn balaca bir oğlan qaçaraq çıxdı, onun dalınca böyük
           bir oğlan bayıra atıldı, onu tutub yerә yıxdı vә var gücü ilә döymәyә başladı.
           Qışqırığa uşaqların anası gәlәndә böyük oğlan aradan çıxdı.
               – Yenә nә olub? – qadın sir-sifәti göyәrmiş uşağı yerdәn qaldıraraq soruşdu.
               – O mәni әzişdirdi... Bәrk döydü.                                                                      71
               – Kim döydü?
               – İbrahim, balaca paşa.
               – Mәn? – uçan kәlin belindә oturmuş İbrahim tәәccüblә soruşdu.
               – Qәddar uşaq! O hәr gün kimisә incidir. Bәs sәni niyә döydü, balaca Murad?
               – Mәn onun әmrini yerinә yetirmәk istәmәdim, o da paltarımı cırdı.
               – Axı paltarını niyә cırırdı ki?
               – Biz onunla oynayırdıq. Birdәn acıqlı-acıqlı üzümә baxıb dedi: “Murad, paltarını
           cır”. Soruşdum: “Niyә?” Cavab verdi ki: “Mәn belә istәyirәm”. Mәnsә dedim: “Ana -
           mı zın xoşuna gәlmәz”. O dәqiqә üstümә atılıb döydü.
   66   67   68   69   70   71   72   73   74   75   76