Page 74 - Miisir
P. 74

– Mәgәr bilmirsiniz, bu kimdir? Balaca paşadır axı!
                     – Zalımdır! Adamların sifәtindәn vurur ki, ağrıtsın...
                     – Şıltaq, lovğa, tәnbәl, cahil adamdır.
                     – Kinli ürәyi var. Pislik edәndә lәzzәt alır. Hәtta verәcәyi sәdәqәni dә zәhәr lә yir.
                     – O, dilәnçi qocanı da tәhqir elәdi.
                     – Allah, sәn saxla, bizim uşaqlarımız, nәvәlәrimiz ona oxşamasın.
                     İbrahim bu dәfә yerә enmәk fikrinә düşmәdi, diliuzunlara cәza vermәk üçün
                  çubuğunu axtarmadı. Özünü tamamilә әzgin hiss etdi vә göz yaşları yanaqlarından
                  aşağı süzüldü. Sәma külәyi onu nәşә ilә içdi, çünki bu peşmanlıqdan doğan göz
                  yaşları idi.
                     Yenә uçmağa başladılar vә uşaq birdәn hiss elәdi ki, kәl onu aşağı tullayıb.
                  İbrahim havada bir neçә dәfә mayallaq vurdu, vadini, Nil çayını, balaca әkinçilәri
                  gördü. Gözlәrini yumdu vә elә bildi, dalğaların qoynuna düşәcәk. Gözlәrini açanda
                  qarşısında yaşıl budaqlar görüb başa düşdü ki, öz bağında, kәlin ona yaxınlaşdığı
                  hәmin yerdә yatıbmış.
                     Balaca paşanın başına gәlәnlәrin hamısı yuxu olsa da, İbrahimin xeyrinә oldu. Elә
                  bil oğlanı dәyişmişdilәr – mәrhәmәtli, insaflı olmuşdu.










         74
   69   70   71   72   73   74   75   76   77   78   79