Page 73 - Miisir
P. 73
– Tәnbәl, lovğa, dikbaş! Biz qızmar havada, bürküdә işlәyәndә sәn yatırsan. Ba -
la ca paşa, sәnә kәnddә verilәn lәqәbә haqq qazandırmaq istәyirsәn! Mәgәr başa
düşmürsәn ki, hәtta varlı uşaqları tәnbәllik edәndә vә Quranın ayәlәrini әzbәrlәmәkdәn
boyun qaçıranda xәcalәt çәkirlәr?! Biz isә kasıbıq, çox kasıbıq... Elә bilirsәn, sәnin
yerinә başqaları işlәmәlidir. Dayan bir, necә işlәmәk lazım olduğunu sәnә göstәrәrәm!
Ata çubuqla oğlunu hәdәlәdi. Paşanın oğlu İbrahim qışqırdı:
– Bax, mәni yenә tәhqir edirlәr.
O, öz çubuğunu axtardı, amma yadına düşәndә ki, onu evdә qoyub, kәl havaya
qalxdı vә bu dәfә onun böyürtüsü qәhqәhәyә bәnzәdi.
Bir neçә dәqiqәdәn sonra İbrahimә elә gәldi ki, çoxlu saray vә mәscidlәri olan
böyük bir şәhәrin üzәrindәn uçurlar. Kәl adamların gәlib-getdiyi uzun bir küçәnin iki
cәrgә eyvanları arasında asılıb qaldı.
İbrahim mәscidin qapısı ağzında oturmuş bir qocanı gördü. Onun ağappaq uzun
saqqalı, tünd gözlәri vardı vә bәdәnini güclә örtmüş cır-cındır paltarına görә heç
kimdәn utanmırdı.
Bir dәqiqәdәn sonra küçәdә gözәl geyimli bir oğlan gözә dәydi. İbrahim ona
baxanda yenә özünü gördü, amma bu dәfә hirslәnmәdi. Onun әynindәki qızılı naxışlı
paltar parıldayırdı, başında tәzә çalma vardı, ağappaq jiletindәn qızıl zәncir sal la -
nır dı. Gözәl, qara rәngli atını addım-addım sürmәyindәn görünürdü ki, tәlәsmir,
yәqin, istәyirdi ki, gәlib-keçәnlәr ona baxıb hәsәd aparsınlar.
Qoca ilә bәrabәrlәşәndә yoxsul qoca әlini ona uzatdı. Balaca atlı әvvәlcә qanı
qaralmış halda üz çevirdi, sonra böyük sikkә çıxarıb qocaya sarı atdı. Sikkә yoxsul
qocanın sinәsinә dәyib, dizi üstünә düşdü. 73
Dilәnçi qocanın gözlәri parıldadı.
– Balaca paşa, görüm sәni xoşbәxt olmayasan, – o qışqırdı, – sәnin verdiyin sә -
dә qә dә tәhqirdi.
Azacıq yerindәn qalxdı vә әlini sapand atırmış kimi hәrlәyib, sikkәni geriyә elә
tulladı ki, onun qırağı yaraşıqlı atın sağrısını yaraladı.
At ox kimi yerindәn atılıb süvarini izdihamın içindәn keçirdi. Adamların çoxu
dәh şәtlә, hiddәtlә qışqırışdı.
– Deyәsәn, o, bizim körpәlәrimizi basıb әzmәk istәyir, – deyә bir qadının hön -
kür tüsü eşidildi.