Page 68 - Miisir
P. 68

öz sahibinin hәr bir istәyini yerinә yetirmәyә hazır olan bir yığın qulluqçu gedirdi.
                  Sarayın eyvanında iki qadın – İbrahimin anası vә xalası peyda oldu. Onlar balaca
                  paşanın yeni hoqqasına baxıb gülürdülәr. Lakin dәvәnin yavaş yerimәsi İbrahimi
                  bezdirdi vә Mamuda әmr elәdi ki, onun sürәtini artırsın. Mamud dәvәni vuranda o,
                  yavaş da olsa, qaçmağa başladı.
                     Balaca paşa әvvәlcә güldü vә dәvәni dördayaq sürmәyә cәhd elәdi, fikirlәşdi ki,
                  bәlkә, belә yaxşı olar. Bәdbәxtlikdәn, Mamudun dәvәsi bәrk qaça bilmirdi. Hirsin -
                  dәn qıpqırmızı olmuş İbrahim dәvәni vurub qovdu. Nәhayәt, bunlardan bir şey çıx -
                  ma dığını görüb, Mamudu çağırdı vә dәvәni qaçmağa mәcbur etmәyi tәlәb etdi.
                  Mamud onsuz da dәvәsinin qeyri-adi yortma yerişinә tәәccüb edirdi, amma özünü
                  göstәrmәk üçün dәvәnin üstünә qışqırmağa başladı, hәrçәnd çox yaxşı bilirdi ki,
                  onun sürәtlә qaçmaq imkanı yoxdur.
                     – Hanı sәnin әlağacın, çarvadar? –İbrahim qışqırdı.
                     – Mәn ağac gәzdirmirәm.
                     – Axmaq öküz! – balaca paşa onun sözünü kәsdi. – Çarvadar da ağacsız gәzәr?
                  Yaxşı, kifayәtdir.
                     Yәqin, dәvә dә fikirlәşdi ki, “kifayәtdir”. O dizә çöküb bu dözülmәz “milçәyi”
                  üstündәn yerә salmaq istәdi. Lakin bu “milçәk” çox hirsli idi vә әlindә neştәr vardı.
                     – Al gәldi, al gәldi, yöndәmsiz dәvә! – İbrahim qışqıraraq, ağacın iti dәmir ucu
                  ilә yazıq heyvanın başına vururdu. – Bu da sәnin, – dördayaqlı yoldaşını zәrbәlәrdәn
                  qorumağa cәhd edәn Mamudu döymәyә başladı.
                     Balaca çarvadar üzünü әllәri ilә örtüb, zәrbәlәrә müqavimәt göstәrmәdi. Mamud
         68       başa düşürdü ki, o, adi әkinçi oğludur, İbrahim isә tanınmış bir zәnginin vәrәsәsidir.
                     Axır ki, balaca paşa qışqırdı:
                     – İndi isә rәdd ol burdan, itin biri!
                     Bu hadisә bağın dәrinliyindә baş vermişdi. Әsas qapıya qayıtmaq üçün isә Mamud
                  xiyabandan keçib, balaca paşanın yanından ötmәli idi. Nә dәvә, nә dә Mamud onun
                  ağacının zәrbәsini yenidәn dadmaq istәmirdilәr vә ona görә heç biri yerindәn
                  tәrpәnmәdi. Hәr halda, İbrahimә belә gәlirdi. Oğlanın vә dәvәnin ondan qorxması
                  xoşuna gәldi, bәrkdәn qәhqәhә çәkdi.
                     Mamudu buraxmaq üçün İbrahim bir kәnara çәkildi vә gözlәnilmәdәn ona iki qızıl
                  sikkә atdı. Parıltılı sikkәlәr tozluğa düşdü. Çarvadar sevincәk onları yerdәn götürüb
   63   64   65   66   67   68   69   70   71   72   73