Page 70 - Miisir
P. 70
– Bu, yadımda deyil, – balaca paşa cavab verdi, – amma, әlbәttә, ulaq elә hәmin
qiymәtә olardı.
– Bәs qatırlar, qatırlar! – kәl sözünә davam elәdi. – Onlar gecә kimi zil qara idi,
gözlәri ulduz kimi par-par parıldayırdı! Hәlә sәnin heyәtin! Avropa ölkәlәrindәn
gәtirilmiş karetlәr, faytonlar, viktoriyalar. Ah, mәn görürdüm, sәn o atları,
qatırları necә gözәl idarә edirsәn...
– Yaxşı, yaxşı, – balaca paşa dedi, – indi mәndәn istәyin nәdir?
– Bir xahişim var, amma hәm dә qorxuram ki, ürәyincә olmasın.
– De görüm, de görüm, sәnә rәğbәtim var.
– Gözәl insan, mәn yaraşıqlı deyilәm...
– Doğrudur, – İbrahim gülәrәk dedi, – amma çox tәvazökarsan.
– Ola bilsin, tәvazökaram. Amma bilirәm ki, bәdәnim yöndәmsizdir, ayaqlarım
döyәnәklidir, uzun buynuzlarım kәllәmdә düyülüb, burnum da hәmişә nәmli olur.
Necә olsa da, dәrim xoşagәlmәz iy verir...
– Xahişin nәdir?
– Mәn istәrdim ki, sәni öz belimdә gәzdirim...
– Ay kәl, dәli olmusan, nәdir! – balaca paşa qәzәblәndi.
Kәl ah çәkib söylәdi:
– Ah, sәnin rәdd cavabını gözlәmәliydim. Mәn buna layiqәm. Amma fikirlәşirdim
ki...
– Nә fikirlәşirdin?
– Fikirlәşirdim ki, mәrhәmәtli paşanın nә qәdәr nәcib heyvanları var. Şıltaqlıq
70 edib ağır dәvәnin belinә minmәkdәnsә, bәlkә, zavallı bir kәli xoşbәxt etmәyә qәrar
ve rәr.
– Qәribә sözdür. Sәn hansı dәvәdәn danışırsan?
– Mamudun dәvәsindәn danışıram, mәrhәmәtli paşanın elә indicә belindә gәzdiyi
dәvәdәn.
– O, zorla yeriyirdi, ona görә başını itiuclu ağacla deşmәli oldum. İyrәnc, axmaq
heyvandır. Sәn ondan yaxşısan. Doğrudur, çox lәng, yöndәmsizsәn, amma ağıllı,
ürә yә yatımlı sözlәr danışırsan... Yaxşı, yaxşı, sәnә istәdiyin mәrhәmәti göstәrәrәm.
Ancaq çox gәzmәyәcәyәm, çünki özün dә boynuna alarsan ki, sәn narıncı çiçәklәr
kimi әtir saçmırsan!