Page 51 - Miisir
P. 51
– Bu xallı yәşәmi götür.
Gözәl qız bәrkdәn ağlamağa başladı:
– İstәmirәm, istәmirәm. Başqasının bәzәyi mәnә lazım deyil!
Әlahәzrәt firon (sağ-salamat vә xoşbәxt olsun) yerindәn qalxıb soruşdu:
– Siz niyә avar çәkmirsiniz? Mәn niyә nәğmә sәsi eşitmirәm?
Qızlar cavab verdilәr:
– Bizim qızlardan biri oxumur, avar çәkmir, bәzәyi suya düşüb.
Snefru üzünü bәzәyini itirmiş gözәl qıza tutub dedi:
– Mәn sәnә әvvәlki bәzәyinin әvәzinә başqasını verәrәm.
– Özümünkü başqasından qiymәtlidir.
Nә etmәk olar? Firon fikrә getdi, qıza yazığı gәlirdi. Nәhayәt, qәrara aldı:
– Müdrik Cadcamanxı çağırmaq lazımdır. Bәlkә, bir möcüzә göstәrib çıxış yolu
tapa bildi.
Qulu Cadcamanxın dalınca yolladılar. Sehrbaz gәlәndә baş verәnlәri danışdılar vә
sehrbaz dedi:
– Yaxşı, mәn bu biçarәyә kömәk edәrәm.
Cadcamanx gölün üzәrindә dayandı, başını geriyә atıb gözlәrini sәmaya zillәdi,
ovuclarını suya tutaraq pıçıldamağa başladı. Onun dediyindәn heç kim heç nә başa
düşmür, yalnız eyni sözlәri tәkrar etdiyini eşidә bilirdilәr:
– Әqrәb Tetetin zәhәrini suyun dibinә sal, әqrәb Çetetin zәhәrini suyun üzünә
çıxar. Su aralansın, dibi görünsün...
Birdәn göl iki yerә aralandı, elә bil suyu bıçaqla ortadan böldülәr. Hamı dәhşәtә
gәldi. Sonra göl çәkildi. Bir tәrәfindә su әvvәlkindәn iki dәfә çox, ortası isә on iki 51
dirsәk dәrinliyindә oldu. Digәr tәrәfin suyu tamamilә çәkildi vә suya düşmüş bәzәk
göründü. Bәzәk gölün lap dibindә idi, sanki orada mavi rәngli bir balıq parıldayırdı.
– Odur mәnim bәzәyim! – gözәl qız qışqırdı vә göz yaşları yanağında dondu.
Cadcamanx dedi:
– Tez ol, götür.
Sonra o, yenә әllәrini irәli uzadıb ovcunu suya tutaraq, sehrli sözlәri pıçıldamağa
başladı. Su o dәqiqә öz yerinә qayıtdı, göl әvvәlki qaydasına düşdü. Gözәl qızlar
qayığa minәrәk, avarları yellәdib oxumağa başladılar: