Page 54 - Miisir
P. 54
ortada dayandı, başını geriyә atdı, ovuclarını özündәn irәli uzadıb ovsun oxumağa
başladı. Sehrli sözlәrin mәnasını heç kim başa düşmәsә dә, hamı gördü ki, qazın
bәdәni canlandı, yerindәn qalxdı vә pәrdәli pәncәsini ata-ata heykәllәrә sarı
yeridi. Bәdәnlә baş birlәşdi, qaz, heç nә olmayıbmış kimi, qanadlarını çırparaq
qaqqıldadı.
– Qa-qa-qa!..
Hamının üzünә tәbәssüm qondu.
Sarayda indiyәcәn bu cür sәs eşidilmәmişdi. Fironun qaşqabağı açıldı. Bunu görәn
әyanlar qulları ördәk dalınca yolladılar. Sehrbaz ördәyin dә başını kәsәndәn sonra
diriltdi. Ördәk dimdiyi ilә lәlәklәrini darayıb, yanını basa-basa yerimәyә başladı:
– Mәk-mәk-mәk!
Adamlar özlәrini gülmәkdәn saxlaya bilmәdilәr. Fironun da alnındakı qırışlar
hamarlandı.
Sonra qәzәbli bir öküz gәtirdilәr, iki qul onu kәndirlә zorla saxlayırdı. Öküzün
başını kәsib masanın üstünә qoydular. Cedi ovsun oxuyandan sonra baş öz yerinә
qayıtdı.
– Mo-o-o, – öküz böyürdü vә buzov kimi şıllaq ataraq Cedinin yanına qaçıb, onun
әlini yalamağa başladı.
Salondakıların hamısı gülüşdü. Firon da xeyli güldü. Elә bәrkdәn güldü ki, taxt-
tacdakı qızıl әjdaha da yellәnib qәhqәhә çәkdi.
Firon ucadan sәslәndi:
– Çox gözәl! Görürәm, camaat düz deyirmiş. Möhtәrәm Cedini kiçik oğlum şah -
54 zadә Dedefqorun evindә yerlәşdirin. Ona hәr gün min çörәk, bir oküz cәmdәyi vә
iki yüz parç üzüm şirәsi verin.
Fironun әmrini yerinә yetirdilәr.
Xeyli vaxt keçәndәn sonra bir gün hökmdar qoca sehrbazı hüzuruna çağırdı.
– Sәn sübut elәdin ki, böyük sehrbazsan. De görüm, böyük müdriklik allahı
Totanın papiruslarını әldә elәyib mәnә gәtirә bilәrsәnmi?
Cedi dedi:
– Yox, әlahәzrәt. Onları sәnin hüzuruna gәtirmәk taleyin işidir, sәni sağlam,
güclü vә qüdrәtli olasan, onu sәnә kahinә Racedetin böyük oğlu gәtirәcәk. Amma
Kahinә Racedetin oğlanları hәlә dünyaya gәlmәyiblәr.