Page 53 - Miisir
P. 53

evlәri arxada qaldı. Daş döşәnmiş küçәlәr başa çatdı. Çöllükdәn, tör-töküntülü boş
           yerlәrdәn, misgәr vә dulusçuların palma yarpaqları ilә örtülmüş miskin komalarının
           yanından ötüb-keçdilәr. Qoca Cedi yüzqapılı paytaxtın әn ucqar yerindә yaşayırdı.
               Tәxti-rәvan gildәn tikilmiş kiçik bir daxmayla çatdı. Sehrbaz evin kandarında
           cırıq hәsirin üstündә uzanmışdı. Şahzadә Cedi ilә ustadı kimi hörmәtlә salamlaşıb
           dedi:
               – Möhtәrәm Cedi, mәn atamın, fironun әmri ilә – sağ-salamat, güclü vә qüdrәtli
           olsun – sәnin dalınca gәlmişәm! Әlahәzrәt sәni görmәk istәyir. Mәnimlә saraya ge -
           dәk. Sәn orada firavan yaşayacaq, Xufunun özü ilә bir süfrәdә yemәk yeyәcәksәn.
               Bu tәklif Cedinin ürәyindәn oldu. O dedi:
               – Xoşbәxt olasan, şahzadә. Qoy atan sәni göylәrә qaldırsın, sәni bütün әyanların
           üzәrindә uca elәsin. Mәn sәninlә getmәyә hazıram.
               Şahzadә taxt-rәvana qalxmaqda Cediyә kömәk elәdi vә yolboyu qocaya qayğı
           gös tәr di. Taxt-rәvan saraya gәlib çatanda şahzadә yubanmadan әlahәzrәt firona
           mәlumat verdi.
               – Ata, sehrbazı gәtirmişәm.
               – İçәri gәlsin.
               Cedi içәri girib fironun qarşısında tәzim elәdi. Xufu qocanı uzun-uzadı gözdәn
           keçirdi vә nәhayәt, soruşdu:
               – Necә olub ki, mәn sәni indiyәdәk görmәmişәm?
               – Çağırılmadan hökmdar hüzuruna gәlmәzlәr. Sәn indi çağırdın, mәn dә gәldim.
               – Ayağa qalx. Deyirlәr, kәsilmiş başı yerinә qoya bilirsәn, düzdür?
               Sehrbaz hörmәtlә cavab verdi:                                                                          53
               – Bәli, hökmdar, sәni sağ-salamat, güclü vә qüdrәtli olasan!
               Hökmdar әmr etdi:
               – Ölüm cәzasına mәhkum olunmuş cinayәtkarı bura gәtirin.
               – Yox, әlahәzrәt, sәni sağ-salamat, güclü vә qüdrәtli olasan! İstәsәn, mәni edam
           et, amma insan üzәrindә sehrbazlıq etmәyәcәyәm. İnsan üzәrindә belә şeylәr qa -
           da ğandır. Әmr elә, bura quş, ya da ev heyvanlarından birini gәtirsinlәr.
               Fironun әmri ilә bir qaz gәtirdilәr. Hamının gözü qarşısında onun başını kәsdilәr.
           Qazın başını qranit heykәllәr dayanmış divarın üstünә qoydular. Bәdәnini isә әks
           tәrәfdәki divara tәrәf apardılar. Oradakı kürәdә әtirli qatran buğlanırdı. Cedi
   48   49   50   51   52   53   54   55   56   57   58