Page 50 - Miisir
P. 50
Sәnin atan firon Snefru bir gün qәrara alır ki, göldә qayıq gәzintisinә çıxsın.
Әmr edir ki, onun hüzuruna möhkәm bәdәnli vә qәşәng hörülü saçları olan iyirmi
gözәl qız gәtirsinlәr:
– Qızlara qәşәng libaslar geyindirin, qayıqda mәnim әtrafımda әylәşdirin. Qoy
bir yerdә avar çәkib, şәn mahnılar oxusunlar.
Budur, göldә arxa hissәsi şanagüllә bәzәdilmiş qızılı qayıq üzmәyә başlayır. Qa -
yıq da, ziyafәtdә olduğu kimi, geyinib-kecinmiş iyirmi gözәl qız oturmuşdu. İncә ağ
kә tandan tikilmiş libasları parıltılı lentlәrlә vә naxışlarla bәzәdilmişdi. Hәmaillәri
qöv si-qüzeh kimi rәngdәn-rәngә çalırdı. Qızıl qolbaqları sürәtlә uçan çәrpәlәngi
xatırladırdı. Sırğaları parlaq daşlardandı – kәpәnәyi vә ya parıltılı böcәyi xatırladan
bu daşlar qızların gur saçlarında bәrq vururdu.
Gözәl qızlar oxuyur, qızıl dәstәkli balaca avarları mahnının ahәngi ilә qaldırıb-
endirirdilәr:
Külәk oyun oynayır
Әncirin budağında.
Yaşıl yarpaq pıçıltısı
Yolçulara xoş gәlir.
Körfәzin sakit suları yarılırdı. Akasiya vә әncir ağaclarının budaqları suyun
üzәrinә әyilmişdi. Firon qayığın arxasında oturmuşdu, gözәllәri seyr edәrәk oxuduq -
la rı nәğmәni dinlәdikcә ürәyi fәrәhlә dolurdu.
50 Birdәn gözәl qızlardan biri ehtiyatsız tәrpәnib öz hörüyünә toxundu. Hәmin anda
saçına taxdığı firuzәyi bәzәyi qopdu. Özünә gәlmәmiş, bәzәk balıq kimi sürüşüb
suya düşdü.
– Vay! – gözәl qız әllәrini yellәyib qışqıraraq, avarı buraxdı.
Ahәng pozuldu, nәğmә sәsi kәsildi, qayıq yerindә lәngәr vurdu. Rәfiqәlәri gözәlә
başqa bәzәklәr tәklif elәdilәr.
– Götür mәnim yaşıl bәzәyimi. Bir bax, elә bil üzәrinә şeh qonmuş tәzә-tәr ot -
dur.
– Götür mәnim lacivәrdi bәzәyimi, günortanın mavi sәmasına bәnzәyir.
– Götür bu qırmızı әqiqi.