Page 46 - Miisir
P. 46
Firon vä sehrbazların nağılı
Әsatirdә olduğu kimi, nağıllarda da Osiris, Qora vә digәr allahlar haqqında söz
açılır. Lakin nağılla әsatir ayrı-ayrı şeylәrdir. Әsatirlәr allahlar haqqında rә va yәt -
lәrdir. Әsatirlәri insanlar yaratmış vә özlәri dә onlara inanmışlar. İnsanlar
allahların doğulmasına, ölmәsinә, onların hәyata qayıtmasına, döyüşlәrinә vә igidlik -
lә rinә inanır, bütün bunları reallıq kimi qәbul edirdilәr. Qәzәbli vә qüdrәtli
allahların mövcudluğuna şübhә etmәyә heç kim cәsarәt etmirdi.
Nağıl isә xülya vә uydurmadır. Onu danışan da, qәhrәmanların möcüzәli macә ra -
la rı haqqında qeyri-adi әhvalatları dinlәyәn dә bilir ki, bunların çoxu hәqiqәt deyil,
sadәcә tәxәyyülün mәhsuludur. Misirlilәr allahlara, Osirisә, İsiduya vә Qoraya
hörmәtlә yanaşırlar, qәzәbli Setin qarşısında tir-tir әsirlәr, amma bilirlәr ki,
dünyada nә Bata, nә Anup, nә Doğru, nә dә Yalan olub.
Әsatirlәrdә olduğu kimi, nağıllarda da hәmişә sehrli qüvvәlәr bir-biri ilә
çarpışır, qәhrәmanların başına heyrәtamiz macәralar gәlir, qüdrәtli allahların
qabaqcadan dediklәri gerçәklәşir, xalq xeyirxahlığa vә hәqiqәtin qәlәbәsinә inanır.
Digәr ölkәlәrdә hökmdara elә “hökmdar” deyirlәr. Tәkcә Misirdә onlar “firon”
adlanır. Ona görә ki, Misir hökmdarları böyük saraylarda yaşayırdılar. Hәmin
dövrdә dünyanın başqa ölkәlәrindә belә imkanlar yox idi. Orada daş heykәllәrin sayı
başqa hökmdarların ordusundakı oxçulardan da çox idi. Palma meşәliyindә olduğu
kimi, sütunların arasında azmaq olardı.
46
Ev sahiblәrinә evlәrinә görә hörmәt edirdilәr. Kimin evi o qәdәr böyükdü ki,
ayaqla üç günә gәzib qurtara bilmәzsәn, cәng arabası ilә bir günә dolanmaq mümkün
deyil? Bax elә buna görә dә saray sahiblәrini firon adlandırırdılar. “Firon” sözünün
mәnası isә “böyük ev” demәkdir. Birinin böyüklüyünü digәrindәn fәrqlәndirmәk üçün
ehtiramla bu sözlәri dә әlavә edirdilәr: “Onun canı sağ, güclü vә qüdrәtli olsun!”
Yoxsul ölәndә çalada basdırır, kübarlar üçün qayalarda mәqbәrә düzәldirdilәr.
Firon ölәndә isә onu mumiyalayıb dağ boyda nәhәng ehramda yerlәşdirirdilәr. Belә
çıxırdı ki, hökmdar yenә dә “böyük evdә” olurdu.
Ehramlar elә böyük idi ki, axşamlar Günәş onların zirvәsi arxasında gizlәnirdi.
Quşlar bu nәhәng daşları dolanıb keçmәyә mәcbur olurdular. Lakin heç bir ehram