Page 44 - Miisir
P. 44

Mehituasәhhәt qәrara aldı ki, Ptah mәbәdindә baş verәnlәr haqqında әrinә bir
                  söz demәsin. Hәyәcandan bütün gecәni gözünә yuxu getmәdi vә hava azacıq
                  işıqlanan kimi otaqlara baxmağa tәlәsdi. Әn kiçik otaqda nazik bir saplaq bitmişdi.
                  Bu, hәmin yuxuda deyilәn qovun saplağı idi. Qadın, Ptahın yuxuda dediyi kimi,
                  saplağı qoparıb bişirdi vә onun suyunu içdi.
                     Bir ildәn sonra bir oğlu oldu. Adını Sa-Osiris qoydular. Sa-Osiris elә tez boy
                  atdı ki, hәkimlәr, tәbiblәr tәәccüblә әllәrini yellәyirdilәr, hәtta müdrik Satni-
                  Hemuas da heyrәtini gizlәtmirdi. Uşağın bir yaşı tamam olanda görәnlәr ona iki yaş
                  verir, iki yaşına çatanda isә hamıya elә gәlirdi ki, artıq beş yaşı var. Satni-He -
                  muas oğlunu çox sevirdi, hәr gün onunla saatlarla bağda oynayırdı.
                     Böyüyüb-bәrkiyәndәn sonra onu mәbәdin nәzdindәki mәktәbdә oxumağa qoydular.
                  Bir az keçәndәn sonra artıq Sa-Osiris müәllimlәrinin bildiyi qәdәr bilirdi. Bir qәdәr
                  dә vaxt ötdü, öz müәllimlәrini belә geridә qoydu. Bir il sonra mәmlәkәtin әn yaxşı
                  sehrbazları ilә yarışdı. Firon – onun canı sağ, güclü vә qüdrәtli olsun – özü dә bu
                  yarışda iştirak edirdi. Müdrik ağsaqqallar Sa-Osirisin tam üstünlük qazandığını
                  etiraf etmәli oldular.
                     Satni-Hemuas müdrik adam kimi tanınanda Sa-Osirisә özü dәrs vermәyә
                  başladı. Lakin tezliklә başa düşdü ki, daha oğluna öyrәtmәyә heç nә qalmayıb, çün ki
                  o, hәr şeyi bilirdi.






         44
   39   40   41   42   43   44   45   46   47   48   49