Page 43 - Miisir
P. 43
Satni-Hemuas vä oğlunun nağılı
Fironlardan birinin bir oğlu vardı. Onun adı Satni-Hemuas idi. Çox müdrik bir
adam kimi tanınırdı. O, Ta-Kemet mәmlәkәtindә әn yaxşı hәkim, әn mahir sehrbaz
vә münәccim idi, hәtta müdrik tanrı Totanın ali kahinlәrinә belә mәlum olmayan
ovsunlar bilirdi.
Satni-Hemuasın şöhrәti bütün dünyaya yayılmışdı. Adamlar bütün şәhәrlәrdә,
ayrı-ayrı dillәrdә onun adını çәkir, bu böyük sehrbazın möcüzәlәri haqqında uşaq -
lara da danışırdılar. Yadelli ölkәlәrdәn müdrik adamlar Satni-Hemuasın yanına
mәslәhәtә gәlirdilәr. Onun evi dağın әn mәnzәrәli yerindә idi. Geniş, hündür evin
eyvanı sarmaşığa bürünmüşdü, gün sәhәrlәr çıxanda vә axşamlar qüruba enәndә
sәrinlik adama lәzzәt verirdi. Satni-Hemuas ehtiyac nә olduğunu bilmәzdi. Anbarları
vә xәzinәsi ağzınacan doluydu, sәdaqәtli qulluqçuları hәr an әmrinә müntәzir idi.
Onun Mehituasәhhәt adında gözәl bir arvadı vardı. Amma allahlar onlara övlad
vermәmişdilәr. Buna görә әr-arvad fikir çәkirdi, gecә-gündüz allahlara dualar edir
vә qurban kәsirdilәr.
Bir gün Mehituasәhhәt böyük Ptah mәbәdinә gәldi, diz çöküb әllәrini göyә qal -
dır dı vә dua etmәyә başladı.
– Ey ulu Ptah! Dualarımı eşit, mәnә bir oğul, ya bir qız göndәr!
Amma daş heykәldәn sәs çıxmadı. Mehituasәhhәt qurbangah qarşısında xeyli diz
43
üstündә qaldı, nәhayәt, onu yuxu apardı vә başını daş özülә söykәyib mürgülәdi.
O, yuxuda belә bir sәs eşitdi:
– Mәnә diqqәtlә qulaq as, Mehituasәhhәt! Yuxudan oyanıb evinә get. Sabah sә -
hәr evindә qovun saplağı bitәcәk. Ondan içki hazırlayıb içәrsәn.
Mehituasәhhәt yuxudan oyandı. Başa düşdü ki, bu, gәlәcәkdәn xәbәr verәn
yuxudur. Ptaha razılığını bildirib evә tәlәsdi. Kandarda onu Satni-Hemuas qarşılayıb
qışqırdı:
– Arvad, sevin! İndicә qәribә yuxu gördüm! Oğlumuz olacaq! Allahlar әmr etdilәr
ki, adını Sa-Osiris qoyaq. Qabaqcadan dedilәr ki, hәyatda heyrәtamiz igidliklәr
göstәrәcәk.