Page 39 - Miisir
P. 39
Yalan bundan da imtina etdi.
– Sәn mәnim xәncәrimi oğurlamısan, pis adam isә cәzasını almalıdır! – dedi vә
qardaşını çәkib hakimlәrin yanına apardı. Hakimlәrә danışdı ki, qardaşına qiymәtli
xәncәrini etibar elәyib, qardaşı isә onu itirib.
– O, qeyri-adi xәncәr idi! Dünyada belә xәncәr olmayıb, onun әvәzini vermәk
müm kün deyil. Onun tiyәsi Nil çayı qәdәr enli, qәbzәsindәki yaqutların hәr biri dağ
boyda idi...
Hakimlәr böyük qardaşdan soruşdular:
– Doğru, cavab ver, qardaşının dediklәri düzdürmü? Sәn qardaşından qiymәtli
xәncәr götürmüsәn, indi dә qaytarmırsan?
– Hә, elәdir, – deyә ürәyiaçıq Doğru cavab verdi, – mәn Yalandan xәncәr almışam,
amma onun necә yoxa çıxdığını bilmirәm. Qoy әvәzindә nә istәyirsә, götür sün.
Hakimlәr Doğrunu tәqsirli hesab elәyib, Yalandan soruşdular:
– Hansı hökmün çıxarılmasını istәyirsәn?
Yalan sevindi ki, mәsәlә onun düşündüyü kimi alınıb vә dedi:
– İstәyirәm Doğrunun hәr iki gözü çıxarılsın vә mәnim evimdә qul-qapıçı olsun.
Hakimlәr Doğruya hökm çıxardılar. Belәcә, kor cavan kiçik qardaşının evindә qul-
qapıçı oldu. Lakin Yalan burada da qardaşını rahat buraxmadı. Gördü ki, Doğru kor
olsa da, yenә çox mülayimdir vә gözәl qalıb. Odur ki, ondan tamamilә yaxasını
qurtarmağı qәrara aldı. O, iki nökәr çağırıb tapşırdı ki, Doğrunu sәhraya aparıb az -
dır sınlar:
– Mәnim qulum Doğrunu çöllüyә – qәzәbli şirlәr yaşayan yerә aparıb öldürün, qoy
camaat da elә bilsin ki, onu vәhşi heyvanlar parçalayıblar.
Nökәrlәr Doğru ilә bir yerdә sәhradakı tәpәyә qalxdılar vә böyük qardaş hәr şeyi
başa düşdü. O, nökәrlәrdәn xahiş elәdi ki, qardaşının әmrini yerinә yetir mә sin lәr: 39
– Buraxın mәni, mәn lap uzaqlara gedәrәm. Yalanı aldadıb deyәrsiniz ki, hәr şeyi
onun dediyi kimi elәmisiniz.
Nökәrlәrin Doğruya yazığı gәldi vә xahişini yerinә yetirdilәr, çünki onlar da onun
mәrhәmәtli adam olduğunu bilirdilәr.
– Allahlar bunun әvәzini sizә verәr! – deyә Doğru yolun onu hara aparacağını
bilmәdәn dünyanı dolaşmağa başladı. O, çöldә üç gün gәzdi, istidәn vә susuzluqdan
gücdәn düşdü. Dördüncü gün bir evә çatdı. Yol getmәkdәn yorulub, dincәlmәk üçün
malikanәnin yaxınlığında, tәpәnin әtәyindәki kölgәlikdә uzandı. Bu evdә tanınmış bir
adam qızı ilә yaşayırdı.
Ev sahibinin qızının qulluqçuları evdәn çıxanda yuxuya getmiş Doğrunun bütün
mәmlәkәtdә tayı-bәrabәri olmayan gözәlliyini gördülәr. Evә qaçıb, gördüklәrini qıza