Page 41 - Miisir
P. 41

– Bu, mәnim öküzüm deyil, kәsә bilmәrәm. Bәs әsl sahibinә nә qaytararam?
               – Mәnim heyvanlarım sәnin әlindәdir. Bu öküzün әvәzinә birini verәrsәn.
               Naxırçı sahibinin tapşırığını yerinә yetirdi. Oğlan eşidәndә ki, Yalan onun ökü -
           zünü әlә keçirib, naxırçının yanına gәlib dedi:
               – Hanı mәnim öküzüm? Onu sürünün içindә görmürәm.
               Naxırçı dedi:
               – Bütün sürü sәnin qarşındadır, hansını istәyirsәn seç, götür!
               – Burada mәnim öküzümә tay olanı yoxdur. O, Paysmunda (Misirin mәrkәzindә)
           dayananda quyruğu papirus cәngәlliyinә (Nil çayının deltasına) qәdәr çatırdı.
           Buynuzunun biri şimal dağlarında, biri qәrb dağlarında olurdu. Böyük Nil çayı isә
           onun dincәldiyi yer idi.
               Naxırçı cavab verdi:
               – Mәgәr belә öküz olur?
               O, naxırçını Yalanın yanına apardı vә onunla bir yerdә vaxtilә iki qardaşın
           mübahisәsinә baxmış hәmin hakimlәrin oturduqları mәhkәmәyә gәldilәr. Oğlan ha -
           kim lәrә dedi:
               – Ranın adına and olsun, bu adam mәnim öküzümü kәsdirib ki, qarnını doyuzdursun!
           Bu dünyada mәnim öküzümә tay olan öküz yoxdur. Mәnim öküzüm Misirin ortasında
           dayananda quyruğunun ucu Nil çayının deltasındakı papirus cәngәlliyinә çatırdı.
           Buynuzunun biri şimal dağlarına, biri qәrb dağlarına qәdәr uzanırdı.
               Hakimlәr oğlana dedilәr:
               – Sәn yalan danışırsan. Biz heç vaxt o böyüklükdә öküz görmәmişik.
               Onda oğlan dedi:
               – Bәs tiyәsi Nil çayı enindә, qәbzәsindәki yaqutları dağ boyda olan xәncәr olur -
           mu? Doğru ilә Yalanı әdalәtlә mühakimә edin, mәn Doğrunun oğluyam.                                         41
               Bu zaman Yalan hakimlәrin qarşısında belә dedi:
               – Allah Amonun vә fironun canı sağ olsun, Doğrunu diri tapsanız, onda iki gö zü -
           mün ikisini dә çıxarsınlar vә Doğrunun evinin darvazasında mәni qapıçı qoysunlar!
               Oğlan irәli çıxıb hakimlәrә üzünü tutdu:
               – Allah Amonun vә fironun canı sağ olsun, Doğru sağ tapılsa, Yalana yüz çubuq
           vu rulsun vә gözlәri çıxarılsın, sonra da Doğrunun evinin darvazasında qapıçı
           qoyulsun! Mәn Doğrunun oğluyam!
               Oğlan kor atasını mәhkәmәyә gәtirdi vә Yalan özünә tәyin etdiyi cәzanı aldı.
               Doğru ilә Yalanın mübahisәsi sona yetdi, әdalәt zәfәr çaldı.
   36   37   38   39   40   41   42   43   44   45   46