Page 38 - Miisir
P. 38
Doğru vä Yalan haqqında nağıl
Bu nağıl Osiris vә Qora haqqında әsatirin tәsiri altında yaranmışdır. Әsatirdә
deyildiyi kimi, kiçik qardaşın böyük qardaşı görmәyә belә gözü yox idi vә onu
aradan götürmәk üçün çox çalışsa da, arzusuna çata bilmirdi. Böyük qardaş tәrәf -
dәn yaramaz kiçik qardaşa qarşı allahlar mәhkәmәsindә cәza verilmәsinә çalışan isә
onun oğlu idi.
Papirus kağızına yazılmış nağıl cırılmışdı, lakin sonrakı mәzmunundan onun necә
başlandığını başa düşmәk olurdu.
Ata-anadan bir olan iki qardaş var idi. Böyük qardaşın adı Doğru, kiçik qardaşın
adı isә Yalan idi. Böyük qardaş olduqca mәrhәmәtli vә gözәl bir oğlan idi. Elә bir
hadisә olmamışdı ki, Doğru kimisә aldatsın, incitsin, yaxud da әdalәtsiz bir iş
tutsun. Hamı Doğrunu sevirdi. Tәkcә cırtdanboylu eybәcәr kiçik qardaşın böyük
qardaşdan zәhlәsi gedirdi, paxıllıq edir vә çalışırdı ki, onun başını batırsın. Bir gün
Yalan dәmirçiyә qını olan çox qiymәtli xәncәr sifariş verdi. Sifariş hazır olanda
cırtdan qardaş dağarcığına çörәk qoydu, әlinә әsa aldı, özünü elә göstәrdi ki, guya
uzaq sәfәrә çıxır. O, Doğrunun evinә gәlib, xәncәri böyük qardaşına verdi ki, onu
özündә saxlasın. Doğru xәncәri alıb sandığa qoydu.
– Narahat olma, әziz qardaşım, ürәk rahatlığı ilә yola çıxa bilәrsәn. Xәncәrini
sәn qayıdana kimi saxlayaram.
Yalan çox uzağa getmәdi. Doğrunun qulluqçusunu dilә tutdu vә o da xәncәri
sandıqdan çıxarıb Yalana verdi. Yalan düşündü ki, artıq Doğruya pislik elәmәyin
vaxtı çatıb. Qardaşının evinә gәlib xәncәri geri qaytarmağı tәlәb elәdi. Doğru san -
dı ğı açanda gördü ki, xәncәr orada yoxdur.
38
– Xәncәr yoxa çıxıb, bilmirәm kim götürüb. Ancaq sәn heç qәm elәmә. Mәnim
anbarımda cürbәcür qiymәtli xәncәrlәr var. Hansını istәyirsәn seç, götür. İtmiş
xәncәrin әvәzinә hәtta iki-üç xәncәr dә götürә bilәrsәn.
Yalan qışqırmağa başladı:
– Necә!? Sәn mәnim xәncәrimi itirmisәn? Ay yaramaz! Mәn sәnә inanmıram. Sәn
onu itirmәmisәn, oğurlamısan vә bu әmәlinә görә cәza almalısan! Bu cür qiymәtli
xәncәri haradan tapmaq olar? Onun tiyәsi Nil çayı qәdәr enli, qәbzәsindәki yaqut
daşlar isә dağ boyda idi.
Mәrhәmәtli Doğru heyrәtә gәldi:
– Mәgәr sәnin xәncәrin bu böyüklükdә idi ki? Mәnim anbarımdan istәnilәn qәdәr
qiymәtli daş-qaş götürüb, xoşuna gәlәn xәncәr düzәltdirә bilәrsәn.