Page 35 - Miisir
P. 35
İlan onun sözlәrinә qәhqәhә ilә güldü. Gülüşü elә uğultulu vә cingiltili oldu ki,
sanki bürünc bardaq daşlar arasında diyirlәnirdi.
– Ey adamcığaz, sәnin o qәdәr әtrin varmı ki, mәnimlә bölüşmәk istәyirsәn?
Mәnim adamda olan әtirli qatran bütün dünyadakından da çoxdur. Belә çıxır ki, sәn
mәndә olanların qalığından mәnә hәdiyyә vermәk istәyirsәn. Gülmәlidir. Mәnә әtir
lazım deyil, qızıla da ehtiyacım yoxdur, lazurit vә malaxitdәn dә korluq çәkmirәm.
Bir dә, bu adanı daha görәn olmayacaq. Sәnin gәmin buradan uzaqlaşan kimi mәn bu
adanı suyun altına qәrq edәcәyәm.
– Sәn doğma sahillәrdәn uzaqda qәzaya uğramış adamlara çox mәrhәmәt
göstәrmisәn. Bәs bu yaxşılığının әvәzini nә ilә ödәyәk?
– Mәnim haqqımda övladlarına, ölkәndәki adamlara danışarsan. Mәndәn әlahәzrәt
firona söylә, allah ona cansağlığı, güc vә qüvvәt versin! Sәn mәnim üçün ancaq
bunları edә bilәrsәn. Nәhәng dalğalar sәni mәnim adama buna görә gәtirib.
– Dediklәrinin hamısını edәcәyәm.
Günlәr bir-birini әvәz elәdi. Üç ay hiss olunmadan gәlib-keçdi. Artıq dördüncü
ayın günlәri sona doğru tәlәsirdi. Birdәn uzaqda bir gәmi göründü. Avarlar gәminin
yan tәrәfindә quş qanadı kimi qalxıb-enirdilәr. Dәniz sәyyahı sahildәki әncir ağa -
cı na sarı qaçdı. Pişik kimi yuxarı dırmandı vә gözlәrinә inanmadı. Onu mәdәnә
aparan hәmin gәmi firuzәyi sularda üzürdü. Bütöv vә zәdәsiz idi. Dorları yerindәydi,
yelkәnlәri qopmamışdı: üfüqi dirәklәrdә yellәnirdilәr. Gәminin yan tәrәfinә şәkli
çәkilmiş gözlәr adanın sahilinә baxırdı.
Bu nә möcüzә idi? Gәminin arxa tәrәfindә sükanı kim fırladırdı, yelkәnlәri kim
35
ida rә edirdi, avarları kim çәkirdi? Cәsur dәnizçilәr sağ-salamatdılar! Onları әbәs
ye rә mәdh etmirmişlәr ki, yerlә, göylә әllәşirlәr, fırtınanın öhdәsindәn asanlıqla
gә lir lәr.
Sevindiyindәn özünü unudan dәniz sәyyahı İlanın yanına qaçdı. İlan isә güldü:
– Mәgәr sәnә demәmişdim ki, gәmi yaxşı tanıdığın dәnizçilәrlә gәlәcәk?
– Elә dә oldu, ey böyük İlan!
– Adamcığaz, sahilә en, dәnizçilәri qarşıla vә yola düşün. İki ay sonra vәtәninә
çatacaqsan. Arvadını vә uşaqlarını qucaqlayıb, onlarla bir yerdә fironun sarayında
yaşayacaqsan, allah ona cansağlığı, güc vә qüvvәt versin!